Həssas əməliyyatlara saat təmiri ilə hazırlaşır: söküb-yığır

İzmirdə yaşayan 42 yaşlı həkim uşaqlıqdan saatlara maraq göstərib və illər ərzində kolleksiya toplayıb. Hazırda onun 700-ə yaxın saatı var.

Sherg.az xəbər verir ki, Savran əməliyyatlardan əvvəl əl bacarığını artırmaq üçün saatları söküb-yığır, mikroskop və xüsusi alətlərdən istifadə edir. Onun sözlərinə görə, bu məşq üsulu xüsusilə mikro-cərrahiyyə üçün faydalıdır.

Həkim bildirir ki, saat təmiri cərrahlar üçün əl koordinasiyasını qorumağın ən effektiv yollarından biridir.

Gələcəkdə isə o, saat muzeyi açmağı planlaşdırır.