Heydər Əliyev Fondu şəkərli diabet xəstələrini insulinlə təmin edir - FOTO
08:15 08.02.2021
Sağlamlıq
649
Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.
Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünət Ömərova bu il dünyada diabet cəmiyyətlərinin insulinin kəşf olunmasının 100 illiyini qeyd edəcəyini bildirib:
“İnsulinin 1 əsrdir mövcud olmasına baxmayaraq, dünyada insulinlə təminatın lazımi səviyyədə olduğunu demək mümkün deyil. Bu nöqteyi-nəzərdən ölkəmizdə uşaqların ən keyfiyyətli “Tresiba” insulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Uşaqların “Tresiba” insulini ilə təminatı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir.
Bununla yanaşı, layihənin icrası Beynəlxalq Diabet Federasiyasının devizinin həyata keçirilməsi deməkdir. Layihə çərçivəsində insulinlə təminatla yanaşı, həm valideynlər, həm də uşaqlar diabet haqqında, özlərinə necə nəzarət etməli olduqları barədə biliklər əldə etdilər. Bu layihə Heydər Əliyev Fondunun diabetlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar. Bütün diabetli uşaqlar, onların valideynləri, Azərbaycan Diabet Cəmiyyətinin adından Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm