İlan sancması zamanı ilkin tibbi yardım... – Mühüm tövsiyə
Fidan Həmişəyeva
12:01 06.07.2021
Sağlamlıq
2443
İlan sancması yay aylarında, xüsusilə havaların qızmar keçdiyi dövrdə müşahidə edilir. Bu dövrdə ilanlar, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır.
Yayda aktiv olan zəhərli ilanların, əqrəblərin, hörümçəklərin və həşəratların dişləməsindən çoxlu insan əziyyət çəkir. Təssüf ki, hər il ilan sancmasından xeyli sayda adam həyatını belə itirir.
Dünən Qazaxda gənc oğlanı ilan sancıb. 2002-ci il təvəllüdlü Lerik rayon sakini Tağıyev Ələddin İdris oğlu ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin orta ağır olduğu bildirilir. Zərərçəkənin paytaxta aparılması nəzərdə tutulub.
Tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla ilan sancması zamanı ilkin tibbi yardımların nədən ibarət olduğuna dair fikirlərini “Sherg.az”la bölüşüb. Professor qeyd edib ki, ilanların bəziləri vurma zamanı tam öldürücü dozada zəhər ifraz etmir:
“Azərbaycanda iki zəhərli ilan növü var. Biri gürzə, digəri isə çöl əfisi adlanan əfi ilandır. Adətən bunların sancması müşahidə oluna bilər. Digər zəhərli heyvanlara Abşeron yarımadasında və Azərbaycanda təsadüf edilmir. İlan zəhərlərinə qarşı vaksin, andidot var ki, bu, ilan zəhərindən hazırlanır. Həmin andidotlar regional olaraq paylanıb. Hər 3-4 rayonun mərkəzinə verilib. İlan sancması zamanı həmin mərkəzlərə müraciət etməli və andidot vurulmalıdır. Andidot nə qədər tez vurulsa, xəstənin həyatı o qədər tez xilas oluna bilər. Təəssüflər olsun ki, ilan sancması zamanı insanlar çaşırlar, qorxuya, panikaya düşürlər. Bu zaman qorxmaq, panikaya düşmək ürək döyünmələrini tezləşdirir və zəhərin bədənə tez yayılmasına səbəb olur. Buna diqqət etmək lazımdır”.
Professor qeyd edib ki, ilan vuran yerin ətrafını mütləq rezin bağ vasitəsi ilə sıxmaq lazımdır ki, qan bütün bədənə yayıla bilməsin:
“Daha sonra isə yaxınlıqdakı tibb məntəqəsinə xəbər vermək lazımdır ki, xəstə oraya çatana qədər padzəhr hazırlansın. Amma təəssüflər olsun ki, bu cür padzəhrlər əsasən mərkəzi xəstəxanalarda saxlanılır və xəstəni oraya çatdırmaq üçün kifayət qədər vaxta ehtiyac olur. Bu da xəstənin həyatını ciddi şəkildə riskə atır” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya