İngilis alimlər nəticəyə gəldilər
23:39 02.02.2021
Sağlamlıq
721
Yeni növ virus öldürücü deyil, ancaq daha çox yoluxdurucudur
Alimlər İngiltərədən 70-dən çox ölkəyə yayılan B117 mutasiyasının koronavirusun əvvəlki dəyişikliklərindən daha şiddətli simptomlara malik olmadığını bildiriblər.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, 55 min COVİD-19 xəstəsinin məlumatlarını araşdıran tədqiqatçılar mutantın virusun təkrar infeksiya sayında artım yaratmadığını da söyləyiblər.
Bununla yanaşı, bu növün insanlar arasında 50-70 faiz daha yoluxucu olduğu bildirilib. Digər tərəfdən, İngiltərənin Baş naziri Boris Conson 22 yanvar tarixində keçirdiyi mətbuat konfransında ölkədə görülən yeni mutasiyanın daha ölümcül ola biləcəyini iddia etmişdi.
İngiltərə hökumətinin baş elmi məsləhətçisi Patrik Vallance isə B117 mutasiyasının 60 yaşdan yuxarı hər min kişidən 13 və ya 14-nü öldürə biləcəyini bildirmişdi.
"King's College"nin tədqiqatçıları B117-nin orijinal virusdan daha ölümcül olmayacağını və daha yüksək ölüm riskinin digər amillərlə əlaqəli olacağını irəli sürüblər. Professor Tim Spektor mətbuata açıqlamasında bildirib ki, bu yeni virus öldürücü deyil, amma digərlərinə nisbətən daha yoluxucudur.
O qeyd edib ki, bu səbəbdən də məhdudiyyətlərə və sosial məsafə kimi tədbirlərə yenə də əməl etmək çox vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil