İngiltərədə tibb bacıları həkimləri əvəz edir

İngiltərədə həkim çatışmazlığı səbəbindən xəstəxanalarda tibb bacılarının həkimlərin funksiyalarını yerinə yetirməsi narahatlıq doğurur.

Sherg.az xəbər verir ki, məlumata görə, “irəli səviyyəli tətbiqçi” kimi tanınan, əsasən təcrübəli tibb bacılarından ibarət heyət təcili yardım, yenidoğulmuşlar şöbəsi və reanimasiya daxil olmaqla bir çox bölmədə həkimlərin işini görür.

İngilis Tibb Assosiasiyası (BMA) bildirir ki, ölkədəki xəstəxanaların demək olar yarısı növbələrdəki boşluğu doldurmaq üçün bu üsuldan istifadə edir. Qurum xəbərdarlıq edib ki, həkim olmayan personalın geniş şəkildə cəlb edilməsi təhlükəsiz olmaya və tibbi xidmətin keyfiyyətini aşağı sala bilər.

Bəzi hallarda səhv diaqnoz və müalicə nəticəsində xəstə ölümlərinin baş verdiyi qeyd olunur.

Bununla yanaşı, Krallıq Tibb Bacıları Kolleci bu mütəxəssislərin yüksək ixtisaslı olduğunu və çoxprofilli tibbi komandaların bir hissəsi kimi fəaliyyət göstərdiyini vurğulayır.