İnsanı kor edir:Baldırğan otundan uzaq durun
Yusif Nəzərli
20:20 22.06.2022
Sağlamlıq
1865
Yay fəslində təbiət qoynunda dincəlməyi sevənlər təbiəti tanımalıdır. “Bir qalanın sirri”ndəki Elşən kimi bütün otların, bitkiləri “tanımaq” mümkün deyil, amma hər ota, bitkiyə əl vurmamaq, ehtiyatlı davranmaq olar, hər halda. Təbiətdəki yabanı bitkilər bir çox xəstəliklərin dərmanı olmaqla yanaşı, bəziləri xəstəlik, hətta insan sağlamlığında ağır fəsadlar yaratmaq xüsusiyyətinə malikdir. Onlardan biri də baldırğan otudur. Baldırğan otu çətirkimilər fəsiləsinə aiddir, Avropada, Avrasiyanınsa Qərbi Qafqaz bölgəsində geniş yayılıb. Zərif, ağ çiçəkləri cəlbedici görünür. Lakin bu cazibənin arxasında qorxunc xəstəlik gizlənir.
“Şərq” “Milliyet.com”a istnadən xəbər verir ki, bu günlərdə İngiltərədə 4 yaşlı qızcığaz parkda oynayarkən baldırğan bitkisinə toxunub, uşağın əllərində yanıq və suluqlar əmələ gəlib. Mütəxəssislər xəbərdarlıq edir ki, təbiətlə təmasda olarkən ətrafdakı ot və bitkilər barədə məlumatlı olmayanlar yaxşısı budur, onları toplamaqdan, onlara toxumaqdan ehtiyat etsinlər. Xüsusilə də baldırğan otuna toxunduqda və dəri günəş şüası ilə təmas etdikdə dəridə dərin yanıqlar, suluqlar əmələ gələ bilər. Ağrı isə 48 saata qədər davam edir. 4 yaşlı qızcığazın əllərində də ikinci dərəcəli yanıq əmələ gəlib. Bu hadisə valideynlərin narahatlığına səbəb olub. Yay fəslində övladlarını tez-tez təbiət qoynuna səfərlərə, yürüşlərə göndərir. Valideynlər məktəb, bağça rəhbərliklərini uşaqlara qarşı daha diqqətli olmağa, onları nəzarətsiz qoymamağa, tanımadıqları bitkilərə əllə toxunmağa icazə verməməyə çağırıb. Türkiyəli mütəxəssis, dermatoloq-həkim Nezih Karaca bildirib ki, baldırğan otuna dəymiş əl gözə sürtülərsə gözdə korluq yarana bilər. Bu bitkinin tərkibindəki furanokumarin maddəsi zəhərlidir, günəş şüaları ilə təmas etdikdə dəridə yanıqlar əmələ gətirir, gözlər acışır, nəticə isə hətta kor olmaya gətirib çıxara bilir.
Dəridə yanıq və suluqlar əmələ gəldikdə dərhal həkimə müraciət etmək lazımdır. Bitki ilə təmas etmiş bölgə bol su ilə yuyulmalı, dəri təmizlənməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İranın Omanda müzakirə edəcəyi məsələlər açıqlandı
17:56 05.02.2026
Dünya
Rusiyanın “Tramp Marşrutu”nda iştirakı qeyri-mümkündür - ŞƏRH
17:48 05.02.2026
Gündəm
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı
17:17 05.02.2026
Gündəm
ABŞ İsraildən İrana hücum etməməsini istədi
16:59 05.02.2026
Dünya
“Kimdənsə küsmək fikrimiz yoxdur” - Qurban Qurbanov
16:55 05.02.2026
Futbol
İlham Əliyev: Qardaş ölkəyə dəstək regional sabitliyi gücləndirir
16:49 05.02.2026
Gündəm
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
16:45 05.02.2026
Gündəm
Separatçılara verilən cəza xalqı iki hissəyə bölüb - RƏY
16:43 05.02.2026
Aktual
ABŞ səfirliyindən azərbaycanlılara müraciət
16:14 05.02.2026
Gündəm
Daha 7 erməniyə hökm oxunub
16:02 05.02.2026
Gündəm
Epşteyn qalmaqalı təkcə cinayət deyil - RƏYLƏR
15:58 05.02.2026
Gündəm
Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək
15:26 05.02.2026
Dünya
Naxçıvanda qarın hündürlüyü 89 sm olub - FOTO
15:24 05.02.2026
Ekologiya
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
15:16 05.02.2026
Ölkə