"İnsanları qorxutmaq sadəcə günahdır"
06:24 14.01.2021
Sağlamlıq
606
Professor: "Koronavirusun mutasiyası mütləqdir, lakin onu "qatil" kimi təqdim etmək doğru deyil"
"Mutasiyalar heç bir halda daha aqressiv virus ştammının əmələ gəlməsinə xidmət edə bilməz. Bu mutasiyalar yalnız bələdləşmə və uyğunlaşma üçündür"
Hazırda insanlar arasında xüsusi “gərginlik və ruhi sarsıntıya” səbəb olan ən əsas səbəblərdən biri COVİD-19-un müxtəlif ölkələrdə yeni mutant ştammlarının aşkarlanmasıdır. Bəzi mənbələrdə İngiltərədə, bəzilərində isə Cənubi Afrikada aşkarlandığı söylənilən fərqli mutantların patoloji fəallığı və RO indeksinin COVİD-19-dan 70-90 faiz yüksək olduğu, hətta artıq bəzi ölkələrə yayıldığı da iddia olunur.
Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında deyib ki, COVİD-19 tərkibinə 30 min nukleokapsid daxil olan ən uzun RNT genomuna malik virus olduğundan, onun yüzərlə yox, hətta minlərlə mutasiyası ola bilər. Lakin bu mutasiyalar zamanı əmələ gələn ştammların nukleokapsidlərinin kəmiyyət və keyfiyyət tərkibi mütləq mənada əks, yəni azalmağa doğru getməlidir və gedir:
"İstənilən xəstəlik və ya virus infeksiyasına yoluxma, onun proqnozu və müalicəsinə münasibətdə həlledici rolu cinsi, etnik, irqi xüsusiyyətlər, coğrafi ərazi, eləcə də fəsli dəyişikliklər, hətta gündəlik bioritmlərdə (sutka ərzində zaman vaxtının dəyişməsinə görə) törənən dəyişikliklər son dərəcə həlledici rol oynayır. Odur ki, istənilən infeksiyanın dəyərləndirilməsi zamanı, “Xronoloji qanunauyğunluq” adlandırılan bu proseslərə mütləq mənada istinad edilməlidir. Başqa sözlə desək, COVİD-19 bir ölkədə bir, digərində başqa, o birində isə tamamilə fərqli klinik əlamətlərlə keçə bilər. Və yaxud bir insan populyasiyasında letallığı yüksək, digərində zəif, o birində isə nisbi ola bilər. Eləcə də söylədiyim fərqliliyə uyğun olaraq, mutasiya serotipləri nukleotid ardıcıllığına görə fərqlilik göstərə bilər. Lakin bu heç bir halda aqressiv mutant ştampın əmələ gəlməsi kimi qəbul olunmamalı və bu şəkildə ictimailəşdirilməməlidir".
Tibb elmləri doktoru əlavə edib ki, COVİD 19-un mutasiyası mütləqdir:
"Lakin insanlara izah etmək lazımdır ki, bu mutasiyalar yeganə olaraq virusun orqanizmlə simbioz yaşamasına xidmət edir. Yəni bu mutasiyalar heç bir halda daha aqressiv virus ştammının əmələ gəlməsinə xidmət edə bilməz.
Bu mutasiyalar yalnız bələdləşmə və uyğunlaşma üçündür. Bilmək lazımdır ki, viruslar “obliqat” mikrocanlılardır və bu səbəbdən də heç bir halda yoluxdurduğu hüceyrəni məhv etmək istəmir. Əks halda o, özü də məhv olur.
Odur ki, virus qonaq olduğu hüceyrəyə uyğunlaşmaq, onunla birgə yaşamaq üçün dəyişikliyə məruz qalır. Bu mütləqdir və ümumi yaşam qanunudur. Bunu “aqressiv” ya “qatil” mutantın əmələ gəlməsi kimi təqdim edib, onsuz da dərin maddi, mənəvi və ruhi sarsıntı içərisində çırpınan insanları qorxutmaq sadəcə günahdır.
Məgər insanların artıq bir ilə yaxındır ki, çəkdiyi əzablar, düşdüyü ümidsüz vəziyyət, dünyanı idarə edən və ümumi sayı üçrəqəmli olan Alilərdən başqa, bizim hər birimizin- bütün insanlığın faciəsi deyilmi? Odur ki, hansısa bir ölkədə nə məqsədlə deyildiyi qaranlıq və naməlum olan fikirlərin təhlil və təbliği yolverilməzdir.
Bundan başqa bir daha bildirirəm ki, COVİD-19-un istər Qərb, istərsə də yeni qitə ölkələrində yayılmasına xidmət edən əksər faktorlar bizim ölkəmizə yaddır. Bizim ölkəmizdə əksər insanlar gigiyenik vərdişlərə dönmədən əməl edirlər. Odur ki, COVİD-19 bizim ölkəmiz üçün qorxulu kabus deyil. Digər tərəfdən, COVİD-19-un özündən daha qorxulu və ağır mutasiyası, bu infeksiya tamamilə sönəndən yalnız 10 il sonra ola bilər.
Hazırda yaranan ünsiyyət formalarına, eləcə də tibbin 10 ildən sonrakı inkişaf səviyyəsinə istinad edərək, qətiyyətlə söyləyə bilərəm ki, belə bir qorxulu mutasiya bir də heç vaxt olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm