İsrailin ən yaxşı pediatrları Azərbaycana gəlib - FOTO

İsraildən humanitar nümayəndə heyəti Bakıya gəlib.
APA bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi Facebook səhifəsində
məlumat paylaşıb:
“İsrailin ən yaxşı pediatrları Azərbaycanda onlarla uşağı sağaltmaq üçün könüllü olublar!
Bu layihənin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Biz birlikdə uşaqlarımıza sağlamlıq və ümid gətiririk”.