Kişilər qadınlardan daha çox intihara meyilli olur
00:33 03.02.2021
Sağlamlıq
764
İşsizlik və boşanma kimi stresslər əsas risk faktorlarıdır
"Ötən həftə və bu gün biz bir neçə intihar hadisəsinin şahidi olmuşuq. Təəssüflə qeyd etmək lazımdır ki, intihar etmiş şəxslər arasında gənclər də var. Dostumuz, ailə üzvümüz, yaxud məşhur insanın intihara cəhd etməsini təsəvvür etmək olduqca çətindir. Bir çox insan intihar etmək qərarını planlaşdırılmış şəkildə vermir, intihardan qısa zaman öncə bu fikrə gəlir".
Bu sözləri "Şərq"ə açıqlamasında həkim-psixoloq Xanım Niftəliyeva deyib. Psixoloq bildirib ki, insanların intihar etməsinə bir çox amillər səbəb ola bilər:
"Bunlardan ən geniş yayılmışı depresiyadır. Depresiya insanlara böyük emossional ağrı və ümidsizlik hiss etdirir. Onlar ağrıdan xilas olmaq yolunu tapa bilmədiyi üçün həyatlarını sonlandırmağı qərara alır.
Qadınlar və kişilər arasında intihara meyillilik faizi tam fərqlidir. Qadınlar arasında depressiyaya düşmə faizi kişilərdən iki dəfə çoxdur.
Amma qadınlarda intihar halları kişilərdə müşahidə edilənin dörddə biri qədərdir. Bəzi tədqiqatçılar hesab edir ki, bu, kişilərin müstəqilliyə və qərarlılığa dəyər verməsi və yardıma ehtiyacı olduğunu qəbul etməsinin zəiflik hesab etmələrindən irəli gəlir. İntihar üçün başlıca risk faktorları bunlardır: spirtli içki və narkotik vasitələrdən istifadə, psixi pozuntu, xüsusi ilə depressiya və digər ruhi pozuntular, intihar nəticəsində ölmüş bir yaxın, yaxud ailə üzvünü tanımaq. Psixoloq qeyd edib ki, kişilər üçün işsizlik və boşanma kimi stresslər əsas risk faktorlarıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil