
Kondisionerlər hansı xəstəliklərə səbəb olur? – İZAH
Yusif Nəzərli
15:05 15.07.2022
Sağlamlıq
1106
Artıq havalar kəskin istiləşir. Temperaturun 43 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Hər kəs qızmar havadan can qurtarmaq məqsədilə sərinləməyə otaq, su, kölgəlik axtarır. Bunun üçün də ən gözəl metod, xilaskar kondisionerdir. İstiləri onsuz təsəvvür etmək əlbəttə ki, çətindir. Lakin qısamüddətli sərinlik versə də, fəsadları da böyükdür. İnsan sağlamlğına, xüsusilə də uşaqların səhhətinə ziyan vurur. Orqanizmin zəifləməsinə, xəstəliyə gətirib çıxarır. Bir sözlə, kondisioner yayın verdiyi gözəlliyi insanın "burnundan gətirir".

Mövzu ilə bağlı "Sherg.az"a danışan pediatr Vaqif Qarayev bildirib ki, həmin elektrik avadanlığından xəstəliyə tutulmanın tibbi dildə adı kondisioner pnevmoniyasıdır:
"Xüsusi bir yoluxdurucu mikrobdur. Ağır pnevmoniya hesab olunur. Müalicəsi çox çətinliklə aparılır. Əlamətləri qızdırma, üşütmə, əzginlik, öskürək, ən təhlükəlisi isə təngnəfəslikdir. Anlayıram, hava çox istidir, bürküdür, hər kəs sərinlik axtarışındadır. Amma kondisionerin də zərərləri var. Normal otaq termperaturu 22-24 dərəcədir. Uşaqlara kondisioner pərinin "soyuq üfürdüyü hissə"sinin qarşısında dayanmaq olmaz. Bu da uşaq orqanizminə ziyan vurur. İnsan havadan, küçədən gəlirsə, kondisioneri söndürmək lazımdır. Otağa daxil olan kimi termperatur fərqi azyaşlıya pis təsir edir. İnsanlar yayda da soyuqdan qorxur. Uşaqlara yayın qızmarında qalın, isti paltarlar geyindirirlər.
Dəri nəfəs almalıdır. Sintetik geyimlərdən istifadə etmək məsləhət deyil. Sintetika uşaq tərləyəndə bədənə sürtülür, dəridə müxtəlif problemlər yaradır.
Pambıq, çit materiallı paltarlar geyindirmək lazımdır. Valideynlər uşaqlarını 2-3 saatdan bir yuyundurmalıdır. Körpələr suda özünü çox xoşbəxt hiss edir. 6 ayına qədər uşaqlara maye məsləhət görülmür. Çünki suya olan tələbatı ana südündən alırlar.
6 aydan sonra su ehtiyacı ödənilməlidir. Mağazalarda satılan şirin, rəngli, qazlı mayelərdən birdəfəlik qaçmaq lazımdır. Hər yeməyin, hər içkinin öz mövsümü var.
Məsələn, payızda kompot, şirə içilməsini tövsiyə etməmək doğru olmaz. Çünki vitamin tələbatı yerinə yetirilməlidir. Vaxtaşırı kondisonerin daxilindəki "setka"sını təmizləmək vacibdir. Pnevmoniya olmasa da, oraya toz-torpaq, çirkab yığılır. Onlar da birbaşa uşağın tənəffüs yollarına gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə