Korrupsiya baş alıb gedir:“Səhiyyəmiz yeni sistemə keçsin"
Fidan Həmişəyeva
13:44 12.07.2021
Sağlamlıq
684
1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb. Bu barədə müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək.
Səhiyyə Nazirliyi xəstəxanadakı tibbi avadanlıqların fəaliyyətində problemlərin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, sözügedən problem müşahidə edilən ilk gündən zəruri tədbirlər görülüb:
“Bu məsələ ilə bağlı cihazda problem yarandığı gündən nasazlıq müşahidə edilən böyük ehtiyat hissə İnovasiya və Təchizat Mərkəzi tərəfindən sifariş olunub. Qarşıdakı bir həftə ərzində cihazdakı problem tam aradan qaldırılacaq. Eyni zamanda cihaza baxış keçirilməsi üçün Türkiyədən həmin sahə üzrə mütəxəssis də dəvət edilib”.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu bildirib ki, sanki səhiyyə sistemimizdə bir növ arxayınlıq yaradıb:
“Ona görə də hamı düşünür ki, əhalinin böyük çoxluğu özəl xəstəxanalara müraciət edir. Ona görə də dövlət xəstəxanalarına diqqət olduqca azalıb. Dünyanın bütün ölkələrində rəqabət şəraitində həmişə dövlət və özəl sektor bir-biri ilə rəqabət aparır. Azərbaycanda isə son vaxtlar tibbi sığorta kimi problemlər var, səhiyyəmiz də yeni bir sistemə keçməlidir. Təbii ki, bu keçid nahamar gedir. Səhiyyə sistemimizdə korrupsiya var. Bu baxımdan avadanlıqların yenilənməsinə və xəstəxananın digər təminatına ayrılmış pulların hamısı korrupsiya vasitsilə sıradan çıxarılır. Beləliklə, lazım olan yenidənqurma işləri baş vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm