"Limitli şəkildə" qarşılanma nə deməkdir?"
Yusif Nəzərli
08:54 28.01.2022
Sağlamlıq
645
Adil Qeybulla: "Orqan transplantasiyasında ən vacib məsələ donor bankının yaradılmasıdır"
"İşin mahiyyətini bilməyənlər danışır, əsaslı bir iş də ortaya qoya bilmirlər. Heç olmasa, orqan transplantasiyası təcrübəsi olan ölkələrdən nümunə götürülməlidir"
Cari ildən orqan transplantasiyasının limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir. Qeyd edək ki, Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minib.
Orqan transplantasiyasının icbari tibbi sığorta çərçivəsində qarşılanacağı orqan transplantasiyası gərəkən vətəndaşlara hansısa üstünlüklər qazandıracaqmı?
Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında bu məsələnin həlli üçün ciddi işlərin görülməli olduğunu vurğuladı:
- Bizdə statistikaya meyillilik güclüdür. Statistik rəqəmlər açıqlanır, amma işin mahiyyəti qaranlıq qalır. Birincisi, orqan transplantasiyasının “limitli şəkildə” qarşılanması nə deməkdir? Burada söhbət qiymətlərdən gedir, yoxsa həyata keçiriləcək əməliyyatların sayından? Bu, izah edilməlidir. İnsanlara düzgün, açıq şəkildə başa salınmalıdır ki, limitli qarşılanma dedikdə nə nəzərdə tutulur. Bəs donor məsələsi necə olacaq? Orqan transplantasiyasında ən vacib məsələlərdən biri donor bankının yaradılmasıdır. Bu, çox çətin işdir. Azərbaycanda yalnız doğmalar, ailə üzvləri, yaxın qohumların donorluğuna icazə verilir. Və bunun da cinayətkarlığın, orqan oğurluğunun, orqan satışının qarşısının alınması məqsədilə edildiyi bildirilir. Qohumların, ailə üzvlərinin günahı nədir? Niyə yalnız onlar donor kimi çıxış etməlidir? Normal halda orqan transplantasiyası üçün mütləq Donor Bankı yaradılmalıdır. Bunun üçün sağlam şəxslərdən, hansı ki kliniki ölüm, beyin ölümü keçirir, məhz tibbi ekspertizanın rəyi və qərarı ilə, ailə üzvlərinin də razılığı alındıqdan sonra sağlam orqanlar götürülməli və orqan köçürülməsi üçün növbə gözləyən xəstələrə köçürülməlidir. Hazırda bizdə bu proses həyata keçirilir? Vəfat etmiş şəxsin doğmaları meyitin tibbi müayinəsinə, ölümün nədən baş verdiyinin araşdırılması üçün cəsədin müayinə edilməsinə heç razılıq vermirlər. Burada həm də psixoloji məqamlar var. İşin mahiyyətini bilməyənlər danışır, əsaslı bir iş də ortaya qoya bilmirlər. Heç olmasa, orqan transplantasiyası təcrübəsi olan ölkələrdən nümunə götürülməlidir. Qardaş Türkiyədə orqan nəqli ilə bağlı “Yol xəritəsi” var. Bunu öyrənsinlər, necə tətbiq edildiyinə baxsınlar. Elə iş görmək lazımdır ki, vətəndaşın xeyrinə olsun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm