
Mağazalarda gecələr soyuducular söndürülür! – SOS! – “İstehlakçıların zəhərlənməsi...”
Yusif Nəzərli
12:32 02.06.2022
Sağlamlıq
712
“Gecə saat 11-də baxdım pişiyin yeməyi yoxdur, düşdüm supermarketə. Mərdimazar adam deyiləm, ad çəkməyəcəm. Müdir, bəlkə də administrator idi, məni görmədi. Çıxmağa hazırlaşırdılar, işçiyə dedi ki,soyuducuları söndür gəl.
Daha mənə dərs oldu. Sutkalıq işləməyən mağazadan soyuducu ərzağı almaram. Şəxsən şahid oldum, soyuducu sönür gecələr”.
Bu barədə jurnalist həmkarımız Elnurə Abışova öz Feysbuk hesabında paylaşım edib. Şərh bölməsində paylaşıma münasibət bildirən istifadəçilərin böyük bir qismi onunla razılaşıb.

Azad İstehlakçılar Birliyinin ( AİB ) sədri Eyyub Hüseynov məsələ ilə bağlı “Sherg.az”a açıqlaması zamanı bildirib ki, bu məsələ illərdir, müzakirə olunur:
“Hər bir ərzaq istehsal edildiyi gündən qısa bir müddətdə təhlükəli hala çevrilə bilər. Çünki hər bir ərzağın saxlanma müddəti olduğu kimi, saxlanma şəraiti də mövcuddur. Bu şərait adətən ərzağın üzərindəki etiketdə yazılır. Ona görə ərzaq istehsalında iştirak edən bütün subyektlər - əkinçilər, biçinçilər, anbarçılar, satış edən şəxslər və başqaları ərzağın soyuq zəncir prinsipi üzrə saxlanılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyata alınmalıdır ki, AQTA hər yerdə lazımı monitorinqlər, maarifləndirmə işləri apara bilsin. Lakin görürük ki, təəssüf ki, belə deyil.
Marketlərdə gecələr soyuducuların söndürülməsi ilə bağlı illərdir, Azad İstehlakçılar Birliyinə telefon zəngləri gəlir. Onu da qeyd edim ki, ildən – ilə bu vəziyyət azalır. Çünki AQTA müəyyən nəzarət tədbirləri həyata keçirir. Dükana girdikdə istehlakçı pis qoxunu hiss edirsə, bu o deməkdir ki, gecələr soyuducular söndürülüb. Təbii ki, bu addımı elektrikə qənaət etmək məqdilə atırlar”.
E.Hüseynov onu da əlavə edib ki, AQTA qaldırılmış məsələlərə diqqət yetirmir:
“Digər bir məsələ isə marketlərdəki soyuducuların ərzaqları standartlara uyğun saxlayıb-saxlamamasıdır. Ola bilsin ki, soyuducular elə aşağı rejimə qoyulsun ki, ərzağın saxlanma şəraitinə uyğun gəlməsin. Dəfələrlə AQTA İctimai Şurasında bunu məsələ kimi qaldırmışam. Lakin AQTA qarşısında məsələ qaldırmaq ağır daşa güc verməyə bənzəyir.“Hə” deyirlər, lakin heç bir addım atmırlar. Xüsusən də AQTA kütləvi informasiya vasitələri və ictimaiyyətlə normal işləyə bilmir. Qaldırılan məsələlər havada qalır.
Dəfələrlə bildirmişəm ki, yay aylarında marketlərdə ciddi monitorinq aparmaq lazımdır. Soyuducuların temperaturu ərzaqların saxlanma temperaturuna uyğun olub-olmadığını yoxlamaq lazımdır. Bu məsələ açıq qalıb. Heç kim bununla məşğul olmur. Güman edirəm ki, çoxlu sayda ərzaq bu cür market sahiblərinin qənaətcilliyi nəticəsində istehlakçıların zəhərlənməsinə gətirib çıxarır”.
Təşkilat sədri sonda AQTA-ya müraciət edib:
“İctimai təşkilat sədri olaraq, sizin qəzet vasitəsilə də müraciət edirəm. Əgər AQTA bizi lazımı cihazlarla təchiz edirsə, KİV ilə birlikdə biz ciddi monitorinq aparıb, ictimailəşdirərik. Təəssüflər olsun ki, AQTA KİV-də gedən məlumatları da yaxşı təqib edə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan müharibənin Türkiyəyə təsirlərindən danışıb
20:58 24.03.2026
Region
Livanda hücumlar nəticəsində mindən çox insan ölüb
20:44 24.03.2026
Dünya
BƏƏ-nin bir hərbçisi İranın Bəhreynə hücumu zamanı həlak olub
20:10 24.03.2026
Gündəm
Rauf Qarayev: “Pomidor və fındıq ixracın lokomotividir”
19:53 24.03.2026
İqtisadiyyat
Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib
19:22 24.03.2026
Dünya
Şakiranın ərəb ölkələrindəki konsertləri təxirə salındı
18:49 24.03.2026
Şou
Tramp və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:44 24.03.2026
Dünya
KİV: İran Türkiyəyə qaz ixracını dayandırıb
17:21 24.03.2026
Dünya
Qətər XİN: ABŞ və İran arasında birbaşa vasitəçilik yoxdur
17:10 24.03.2026
Dünya
Livan İran səfirini “persona-non-grata” elan edib
16:44 24.03.2026
Dünya
İsrail Ordusu: İran Məscid ül-Həramı hədəfə almağa cəhd edib
16:26 24.03.2026
Gündəm
Bərzani İranı təcavüzdə ittiham etdi
16:17 24.03.2026
Region
KİV: İranın Ali Rəhbəri ABŞ-la danışıqlara razılıq verib
15:57 24.03.2026
Dünya
Laricaninin yerinə təyinat olub
15:35 24.03.2026
Gündəm
Sahibə Qafarova Çinə səfər edib
15:12 24.03.2026
Siyasət