Ağa Salamov: "Fermerlərimizin 80%-i pestisiddən düzgün istifadə etmir”
"PAN Europe" təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satılan almaların içində bir yox, eyni anda bir neçə zəhərli kimyəvi maddə - "pestisid kokteyli" gizlənib. Araşdırmaya görə, həmin almaların 80%-i toksikdir. Almaların 36%-də beyin hüceyrələrini zədələyən maddələr tapılıb. Nümunələrin 61%-də xərçəng yarada bilən göbələk əleyhinə maddələr aşkar edilib. Tapılan maddələrin bir çoxu ana bətnindəki dölün beyin inkişafını ləngidir.
Məlumdur ki, hazırda yerli bazarlarda, marketlərdə “par-par parıldayan” meyvə-tərəvəzlər satışdadır. İnkubator yumurtaları kimi eyni ölçüdə, eyni formada olan meyvə və tərəvəzlərin yetişdirilməsində kimyəvi maddələrdən istifadə edildiyi kimsəyə sirr deyil. Bu öz yerində, üstəlik meyvələrəin üzərinə parafin də sürtülür. Təbii ki bunlar hamısı insan orqanizmi üçün ölümcül təhlükə daşıyır. Adına restisid deyilən kimyəvi maddə kənd təsərrüfatında meyvə və tərəvəzlərin yetişdirilməısində, zərərvericilərdən qorumaq üçün istifadə edilir. Lakin bu maddələr meyvə-tərəvəzlərin tərkibində qalıq olaraq aşkarlanırsa, insan sağlamlığına ciddi təhlükə yaradır, mədə-bağırsaq, sinir sistemi və hormonal pozqunluğa səbəb olur. Pestisidlər məhsul yetişdirilmısində istifadə edilə bilər, lakin dozanın aşılmaması şərtilə.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ölkəmizə idxal olunan məhsullar gömrük nəzarətndən və AQTA-nın nəzarətindən də keçir. Əgər pestisid qalığı dozadan artıq aşkar olunarsa, həmin məhsullar ya məhv edilir, ya da geri göndərilir, bu məhsulların ölkəyə girişinə qadağa qoyulur:
- Biz nəyi unuduruq, deyim. Azərbaycanda yalnız yerli sortlar deyil, xarici sortlar da yetişdirilir. Satışda təkcə idxal məhsulları deyil, yerli istehsal olan xarici sort almalar da var. Məsələn, Fuje alma sortu Yapon mənşəli, “Qala” sortu, Yeni Zelandiya, “Qransmit”Avstraliya mənşəlidir. Yerli istehsaldır, amma üzərinə etiket vururlar. Ona görə müəyyyənləşdirmək olmur, yerli məhsuldur, yoxsa idxaldır. Qablaşdrma da yüksək səviyyədədir. Alıcı ayırd edə bilmir, yerli məhsulu idxal məhslundan. Xarici ölkələrdə fermerlər yüksək səviyyədə mütəxəssisləşib artıq. Onların səhvə yol verməsi ehtimalı minimumdur. Məhsulun yetişdirilməsinə həmin ölkələrin kənd təsərrüfatı nazirlikləri, əlaqədar qurumlar tərəfindən ciddi nəzarət edilir, yoxlama aparılır. Mən 4 il xarici ölkədə yaşamışam, hansı dərəcədə yoxlama, nəzarət var, görmüşəm. Fermerin yetişdrdiyi məhsulda pestisid qalığı aşkar olunarsa, o fermeri fermerlikdən çıxararlar ki əhaliyə zərərli məhsul təqdim edirsən. Bu, mümkün deyil ki fermer məhsul yetişdirmə mərhələsində doza həddini aşsın. Onlar dozanı da, normativləri bilirlər. İnanmıram ki, xaricdən gələn, idxal məhsullarında – alma sortlarında pestisid miqdarı həddindən artıq yüksək olsun. Pestisid qalığı aşkar edilə bilər, amma həddindən artıq aşkarlanması inandırıcı deyil. Xarici alma sortlarının ölkədə yetişdirilməsi zamanı isə bizim fermerlər doza həddini aşa bilər. İndi nəyi pestisidsiz yetidirmək olur ki?! Hər şey pestisidlə yetişdirilir. Amma doza həddi var və bu normatvlərdən yuxarı olmamalıdır. Bizim fermerlərin 80 faizi pestisiddən düzgün istifadə qaydasını bilmir. Elə bilirlər çox vuranda daha çox məhsul əldə ediləcək, meyvənin çəkisi artıq, ölçüsü böyük olacaq. Bu düşüncə ilə yanaşırlar, ona görə də doza həddini aşırlar. Əgər doza həddini aşmaq məsələsi varsa, bu, yerli fermerlərə, yerli istehsala aid ola bilər, xarici, idxal məhsullarına yox.
A.Salamov pestisid təhlükəsindən yayınmaq üçün məsləhət verdi:
- Həmişə bildirmişəm ki, göyərti, meyvələr, tərəvəz evə gətirildi, 10 dəqiqə sodalı suda saxlanmalıdır. 5 litr suya 1 çay qaşığı soda bəs edir. Bazardan, marketdən alınıb evə gətirilən meyvə-tərəvəzi, hansı ki qabıqlı istifadə olunur, sodalı suyla dolu ləyənə qoysunlar, 10 dəqiqə saxlasınlar. Pestisidlər tökülsün. Bəzən deyirlər, sirkəli su faydalıdır, bu, düzgün deyil. Çünki sirkə də turşudur, pestisid də. Kimyanın qanunu budur; turşu turşu ilə reaksiyaya girir. Amma soda (natrium bikarbonat) zəif qələvi xassəli maddədr, o, turşuyla heç vaxt reaksiyaya girmir. Soda yoxdursa, duzla da dezinfeksiya etmək olar meyvələri. Meyvələrin üzərindəki parafin qatını da təmzləmək üçün qanar yox, sodalı isti sudan istifadə etmək olar. Mətbəxdə istifadə olunan fırça ilə də meyvələrin üzəri fırçalanıb təmizlənə bilər.