
Məktəblərdə xəstəliklər artıb: Səbəb diqqətsizlikdir?
10:23 17.11.2023
Sağlamlıq
516
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.
Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: "Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir".
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin 1-i Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə, 2-si Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ - 10a, E.A - 9d), digər 2-si isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdləridir:
"Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında verilən məlumata əsasən, hazırda uşaqlar Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir. Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu barədə tərəfimizdən mütəmmadi olaraq maraqlanılır. İdarə məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etmələri və virusdan qorunmağa çağırır".
Məsələ ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində Hepatit B,C,D Hepatit A virusunun motifikasiya edilmiş növləridir:

“Sadəcə olaraq Hepatit A virusu infeksional yolla yoluxur. Bunun adı infeksional sarılıqdır. Bu xəstəlik hava damcı yolu ilə yarana bilir. Bunun da şagirdlər arasında yoluxma səbəbi bu nüansdan qaynaqlanır. Vaxtında lokallaşdırılmalı və müvafiq addımlar atılmalıdır. Məktəblərdə dezinfeksiya tədbirləri aparılmalıdır. İndiki dövrdə uşaqlar arasında qızılca və digər yoluxucu xəstəliklərin artması milli təqvimlə vaksinasiyya prossesinin aparılmasından yaranır. Valideynlər vaksindən şüurlu şəkildə yayınırlar. Təəssüflər olsun ki, bu da öz mənfi nəticələrini verməkdə davam edir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət güclənməlidir. Uşaqları vaxtı-vaxtında pulsuz vaksin etdirməyən valideynlər cəzalanmalıdır. Çünki onlar həm uşağı, həm də ətrafdakıların taleyini sual altında qoyur. Şagirdlərə gəldikdə isə əgər bu virus aşkar olunubsa, onlar dərhal yataq rejiminə keçməlidir. Yaxşı olardı ki, infeksion xəstaxanalara cəlb edilsinlər. Onlarla kontaktda olan şəxslər də nəzarətə götürülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
14:57 18.08.2026
Sosial
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir
14:25 18.08.2026
Sosial