Məşhur cərrah: 80 yaşında plastik əməliyyat etdirmək olar
Yusif Nəzərli
00:40 23.11.2023
Sağlamlıq
526
Rusiyalı məşhur cərrah İqor Belıy plastik cərrahiyyə üçün ideal yaşla bağlı mifləri alt-üst edib.
AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, tanınmış həkim hətta 80 yaşında da plastik əməliyyat etdirməyin mümkün olduğunu deyib.
“İlk cərrahiyyə əməliyyatını etdirmək üçün konkret yaş məhdudiyyəti yoxdur”, – deyə o plastik müdaxilənin edilməsi üçün ideal yaşla bağlı mifləri “Veçernaya Moskva” ilə söhbətində alt-üst edib.
Onun sözlərinə görə, xarici görünüşün cərrahi yolla korreksiyası üçün yalnız fərdi göstərişlər mövcuddur ki, onlar da həmin fərdin həyat tərzi, genetikası, çəkisinin sabitliyi və bu kimi digər çoxsaylı amillərdən asılıdır.
“Əgər istək varsa, ilk əməliyyatı 60, 70, hətta 80 yaşında etdirmək mümkündür. Heç bir məhdudiyyət və çərçivə yoxdur, əsas şərt istəyin olması və əməliyyat üçün əks göstəricilərin meydana çıxmamasıdır” – cərrah deyib.
Həkim onu da vurğulayıb ki, bu zaman hər yaş dövrü üçün ayrıca xüsusi cərrahiyyə müdaxilələri istənilir. Məsələn, yaşı 40-dan artıq olanlar əsasən çek-liftinq (üzün mərkəzi hissəsinin və alt göz qapaqlarının gəncləşdirilməsi) və top-liftinqlə (alın və qaşların dartılması) bağlı müraciət edirlər. Əlli yaşından sonra isə pasiyentlər cərrahdan üzün dairəvi dartılması prosedurunu xahiş edirlər.
“Bu prosedur zamanı bir əməliyyat vasitəsilə bir neçə problemi – üz sallanmalarını, üzün oval hissəsinin düşməsini və s. yoluna qoymaq mümkündür” – deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol