Fəsillərin dəyişməsi və polen miqdarının artması ilə allergik insanlarda şikayətlər xeyli güclənib. Asqırma, burun tutulması, burun axıntısı, öskürək, nəfəs darlığı və göz yaşarması ən çox rast gəlinən əlamətlər arasındadır.
Sherg.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Döş Xəstəlikləri üzrə türk mütəxəssis Prof. Dr. Tevfik Özlü bildirib ki, qışdan yaya və yazdan yaya keçid dövrlərində fərqli polenlərə görə allergik şikayətlər sürətlə artır.
O, qeyd edib ki, allergik şikayətlər insandan insana dəyişir:
“Asqırma, burun tutulması, boğaz qaşınması, öskürək, bəlğəm, nəfəs darlığı, xırıltılı nəfəsalma və göz yaşarması kimi əlamətlər yarana bilər.”
Professor bildirib ki, allergik simptomlar əsasən polenlərlə bağlı olsa da, ev tozu və göbələklər də təsir edə bilər. Buna görə də müalicəyə mövsümdən 15-20 gün əvvəl başlamaq və lazım gələrsə gücləndirmək tövsiyə olunur.
Həkimlər xüsusilə polenlərin çox olduğu dövrdə rüzgarlı havalarda ehtiyatlı olmağı, açıq havada az qalmağı və mümkün qədər qapalı məkanda olmağı məsləhət görürlər. Çölə çıxmaq məcburiyyəti olarsa, N95 və ya N97 maskalarının istifadəsi tövsiyə olunur.
Mütəxəssis bildirib ki, infeksiyalardan sonra da allergiya simptomları artır. Küresel istiləşmə isə allergenlərin havada daha uzun müddət qalmasına və mövsümi allergiyaların daha da artmasına səbəb olur.