"Nəinki yaxın həftələrdə, heç yaxın aylarda da koronavirus bizi tərk etməyəcək" - Həkim
11:39 07.02.2021
Sağlamlıq
1230
Azərbaycanda bu günədək koronavirusdan 65 min nəfər peyvənd olunub. Bu barədə Nazirlər Kabineti məlumatı yayıb. Fevralın 5-də ölkəyə 648 min doz peyvənd gətirilib. Ümumiyyətlə ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Mövzu ilə bağlı fikirlərini bölüşən həkim-nevroloq Pərviz Axundov Sherg.az-a bildrib ki, bu rəqəm 20 günün statistikasıdır. Həkimin sözlərinə görə, 65 min rəqəmi işin məğzini bilmədən kənardan baxanda çox görünə bilər:
“Amma iş orasındadır ki, vaksinin kifayət qədər effektiv olacağı, eyni zamanda vaksinlərin gətirilməsi davam etdiriləcəyi (hazırda dünyadakı vaksin çatışmazlığı yaşanır) təqdirdə, bu sürətlə lazım olan kütlənin vaksinasiyası 2153 günə baş tutacaq. Yəni kollektiv immunitetin formalaşması üçün əhalinin lazım olan təxmini 70 faiz hissəsinin vaksinasiyası olunması zəruridir. Bu da təxmini 70 ay deməkdir. Buna əsaslanaraq demək olar ki, nəinki yaxın həftələr də, heç yaxın aylarda da "çağrılmamış qonağımız" bizi tərk etməyəcək. Əgər özü-özünə yumşalma istiqamətində mutasiyaya uğrayıb yoxa çıxmasa. Bəzi həkimlərin isə, yaz gələndə əvvəlki həyata qayıdacağıq və ya yay gələndə artıq hər şey geridə qalacaq deyərkən, nəyə əsaslanması maraq doğurur”.
P.Axundov vurğulayıb ki, İsraildə 50 yaş üzəri insanların 77 faizi artıq vaksinasiya edilib:
“Yaxın iki həftədə bu rəqəm İsraildə 90 faizə çatdırılacaq. Bu arada İsraildə aparılan müşahidələrdə “Pfizer BioNtech” vaksininin klinik tədqiqatlarda olduğu kimi, kifayət qədər effektiv olduğu ortaya qoyulub. Ölkədə eyni zamanda 16-18 yaşlı yuxarı sinif məktəblilərinin də təhsilə davam etdirmələri üçün valideyinlərinin icazəsi ilə vaksinasiyasına start verilib”.
Sonda həkim təklif edib ki, Çindən başqa digər ölkələrdən də vaksinlərin ölkəmizə gətirilməsi məqsədəuyğun olar:
“Belə ki, insanlarımızın bir qismi məhz vaksinin Çin istehsalı olduğun əsas gətirərək, ondan imtina edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region