Baş ağrılarının əsas səbəbi emosional gərginlikdir. Buna tez-tez yuxusuzluq, nizamsız qidalanma və kifayət qədər maye qəbul etməmək də əlavə olunur.
Sherg.az xəbər verir ki, Rusiyalı nevroloq Qalina Çudinskaya bildirib ki, imtahan dövründə yeniyetmələrdə baş ağrıları daha çox stress və həyat tərzi faktorları ilə bağlıdır.
Mütəxəssis qeyd edib ki, uzun müddət telefon və kompüterdən istifadə göz əzələlərinin gərginləşməsinə, boyun və çiyin əzələlərinə yük düşməsinə səbəb olur ki, bu da baş ağrılarını artırır.
Nevroloq həmçinin bildirib ki, baş ağrıları əsasən iki növə bölünür: ilkin (məsələn, miqren və gərginlik tipli ağrılar) və ikincili (digər xəstəliklərlə əlaqəli ağrılar).