Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artıb

Cari ilin ilk üç ayında ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında artım müşahidə olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə orqan bağışlayanların sayı 200 nəfər artaraq ümumi say 1400-ə yaxın olub.