“Omikron”a yoluxma fevral ayında pik həddə olacaq
Yusif Nəzərli
01:30 01.02.2022
Sağlamlıq
391
Mart ayının əvvəlindən isə enməyə başlayacaq
Həkim gücləndirilmiş doza peyvənd vurdurmağı məsləhət gördü
Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib. Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva koronavirus infeksiyasına qarşı ən yüksək müdafiənin peyvənddən sonra yaranan anticisimlərin verdiyini bildirib. O qeyd edib ki, “Omikron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunanlar xəstəliyi daha yüngül keçirirlər: "Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "Omikron" ştamına qarşı müdafiəni 95 faiz artırır.
Eyni zamanda, vətəndaşlarda yeni ştama görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omikron”la təkrar yoluxma riski “Delta” virusla yoluxmadan bir neçə dəfə çoxdur". Nazirlik rəsmisi deyib ki, yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir: "Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilməsi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır".
Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında bildirdi ki, hazırda “Omikron” ştammına yoluxmada artım müşahidə olunur və yoluxma silsilə şəkildə davam edir:
- Yoluxma sayının artmasına qış fəslinin, havaların qeyri-sabit, soyuq keçməsinin də təsiri var. Lakin əsas səbəb “Omikron”un yoluxuculuq sürətinin yüksək olmasıdır. Yoluxma sayı arta-arta gedir. Proqnozlara görə deyə bilərik ki, fevral ayında yoluxmanın pik həddi olacaq. Yoluxma sayı maksimum həddə çatacaq, bundan sonra isə yoluxmada enmə başlayacaq. Fevralın sonu, mart ayının əvvəllərində yoluxma sayında azalma müşahidə ediləcək. Bütün proseslərin gedişatı bu cür olur. Pik həddən sonra eniş başlayır.
Qeyd edək ki, “Omikron” ştammına hazırda yoluxanlar arasında uşaqlar və gənclərin üstünlük təşkil etdiyi, yoluxmanın daha çox 30-39 yaş qrupuna aid olanlarda müşahidə edildiyi bildirilir. M.Əliyev qeyd etdi ki, hazırda azyaşlılar arasında yoluxma sayının çox olması uşaqların buvaxtadək “Covid-19”-a yoluxmamasından irəli gəlir:
- Uşaqlar və gənclər xaric, digər əhali qrupları həm “Covid”ə yoluxdu, həm də peyvənd vurduranlar daha çox orta və ahıl yaş qrupuna aid olanlardır. Uşaqlara hələ ki, peyvənd göstərişi yoxdur. Ona görə də hazırda daha çox uşaqlar yoluxur. Amma ümumi baxıldıqda, “Omikron”a yoluxmaya bütün yaş qruplarında rast gəlinir.
Həkim gücləndirilmiş doza peyvənd vurdurmağı məsləhət gördü:
- Buster adlanan gücləndirilmiş doza 3-cü dozadır. 2 doza peyvənd vurduranlara 3-cü dozanı vurdurmaq tövsiyə edilir. 4-cü doza barədə isə danışmaq isə hələ tezdir. Bununla bağlı da konkret göstəriş yoxdur. Kim istəsə, 4-cü dozanı da vurdura bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı