“Omikron”dan sonra fəsadlar qalacaqmı? - Mütəxəssis cavablandırır
Yusif Nəzərli
07:45 28.01.2022
Sağlamlıq
511
“Omikron” ştammı, koronavirusun əvvəlki variantlarına nisbətən daha yüngül formada keçirilir. Ancaq bu, onun xüsusiyyətlərinə görə deyil, peyvənd olunanların sayının artmasına görədir.
Bu barədə rusiyalı biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bəyan edib.
“Bu amili nəzərə alsaq, “delta” ilə müqayisədə “omikron”la yoluxma zamanı xəstəliyin şiddətinin azalması cəmi 20-25 faiz təşkil edir”, - deyə Baranova əlavə edib.
Onun sözlərinə görə, yeni ştamm insanın sinir və qan dövranı sistemlərinin hüceyrələrinə elə əvvəlki ştamlar kimi təsir edir, müvafiq olaraq, “omikron” ilə yoluxduqdan sonra postkovid sindromunun inkişaf riskini istisna etmək üçün heç bir səbəb yoxdur.
“COVID-19-dan sonrakı vəziyyətin bir neçə komponenti var: otoimmün, koaqulyasiya (laxtalanma), sinir sistemi, beyin funksiyası və kişi reproduksiyası ilə bağlı problemlər”, - deyə mütəxəssis xəbərdarlıq edib.
Onun sözlərinə görə, postkovid sindromu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
“Bu, qadınların kişilərə nisbətən otoimmün reaksiyalara daha çox meylli olması ilə izah olunur”, - deyə bioloq izah edib.
O hesab edir ki, “omikron”a yoluxduqdan sonra postkovid fəsadlarının baş verməməsi təəssüratı bu ştammın son zamanlarda ortaya çıxması ilə əlaqədardır.
“Xəstəlikdən ancaq üç ay sonra postkovid sindromu diaqnozu qoyula bilər. Bu üç ay hələ keçməyib, bu da “omikron”dan sonra postkovid sindromunun olmaması ilə bağlı insanda səhv təəssürat yaradır”, - Baranova bildirib.
O, COVID-19-un nəticələrinin qarşısını almaq üçün vaxtında reabilitasiya keçməyi tövsiyə edir.
“Düşünürəm ki, COVID-19-dan dərhal sonra metabolizmi bərpa etməyə başlamaq lazımdır. O zaman COVİD-19-dan sonrakı simptomların təzahürləri daha az olacaq. Üstəlik, reabilitasiya proqramı vacibdir”, - deyə Baranova vurğulayıb.
Mənbə: RİA Novosti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı