Rusiyada onkoloji xəstəliklərin müalicəsində mühüm yenilik tətbiq olunub.
Hökumətin qərarına əsasən, fərdiləşdirilmiş onkovaksinlər icbari tibbi sığorta paketinə daxil edilib.
Bu barədə Baş nazir Mixail Mişustin bildirib. Onun sözlərinə görə, artıq xərçəng xəstələri yüksək texnologiyalı və fərdi yanaşmaya əsaslanan müalicə üsullarından pulsuz yararlana biləcək.
Yeni sistem çərçivəsində hər bir pasiyent üçün xüsusi hazırlanmış vaksinlər istifadə olunacaq.
Bu preparatlar şişin və orqanizmin genetik xüsusiyyətlərinə uyğun tərtib edilir və immun sistemi xərçəng hüceyrələrinə qarşı mübarizə üçün stimullaşdırır.
Ekspertlər qeyd edib ki, bu yanaşma ənənəvi müalicə üsullarından daha effektiv nəticələr verə bilər.
Eyni zamanda, bahalı sayılan bu texnologiyanın sığorta hesabına əlçatan olması minlərlə xəstə üçün böyük üstünlük yaradır. (Saglamolun.Az)