Ötən il 198 uşaq və yeniyetmə vərəmə yoluxub

Ötən il 198 uşaq və yeniyetmə vərəm xəstəliyinə yoluxub.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

O bildirib ki, 2024-cü il üçün bu göstərici 278 olub.

"2015-ci ildə hər 100 min nəfərə düşən vərəmlə xəstələnmə göstəricisi 41,1 olduğu halda, 2025-ci ildə bu rəqəm 21,5-ə enib. Vərəm xəstələrinin təxminən üçdə ikisini kişilər, üçdə birini isə qadınlar təşkil edir. Xəstəliyin aşkarlanma səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2015-ci ildə bu göstərici 53 faiz olduğu halda, 2025-ci ildə 86 faizə çatıb”, deyə o bildirib.