Bir fincan çay içdikdən sonra istifadə etdiyiniz çay paketini dərhal atmağa tələsməyin. Çay - sadəcə qurudulmuş bitkidir və tərkibindəki orqanik maddələr müxtəlif sahələrdə faydalıdır.
Sherg.az istifadə olunmuş çay paketlərini yenidən dəyərləndirməyin yollarını təqdim edir:
1. Xalça qoxularını aradan qaldırır
İstifadə olunmuş çay paketlərini qurudun, açın və içindəkiləri xalçanın üzərinə səpin. Bir müddət gözlədikdən sonra süpürün – xoşagəlməz qoxular azalacaq.
2. Dəriniz üçün təbii dərman
Çay yarpaqlarını bir qabda 1 çay qaşığı bal ilə qarışdırın. Qarışımı dairəvi hərəkətlərlə üzünüzə çəkin, 5 dəqiqə saxlayın və yuyun. Dəri daha canlı və parlaq görünə bilər.
3. Şiş gözlərə qarşı
İki istifadə olunmuş çay paketini soyuducuda bir neçə dəqiqə saxlayın. Sonra gözlərinizin üzərinə qoyaraq 5 dəqiqə dincəlin.
4. Günəş yanıqlarını sakitləşdirir
İlıq suda isladılmış və soyudulmuş çay paketlərini yanıq olan nahiyəyə qoyun. Alternativ olaraq çay suyuna batırılmış parçadan istifadə edə bilərsiniz.
5. Plova əlavə dad
Çay paketini 1–2 dəqiqə qaynar suda saxlayın və həmin su ilə düyünü bişirin. Məsələn, yasəmən düyüsü üçün yasəmən çayı istifadə edə bilərsiniz.
6. Vannada aromaterapiya
Vannaya bir neçə çay paketi əlavə edin. Xüsusilə çobanyastığı, nanə və ya yasəmən çayları rahatladıcı təsir göstərir.
7. Saçları təmizləyir
3-4 çay paketini ilıq suda dəmləyin. Saçınızı şampunladıqdan sonra son olaraq çay suyunu tökün və yaxalamayın.
8. Təbii otaq ətirləndiricisi
Qurudulmuş çay paketlərinə bir neçə damcı efir yağı əlavə edin və dolab, siyirmə və ya otaqda yerləşdirin.
9. Bitkilər üçün gübrə
Çay yarpaqlarını torpağa qarışdırmaq və ya komposta əlavə etmək olar. Xüsusilə turşulu torpağı sevən bitkilər üçün faydalıdır. (Plastik tərkibli paketləri torpağa qatmayın.)
10. Əldəki qoxuları yox edir
Soğan, siqaret və ya balıq qoxusunu aradan qaldırmaq üçün çay yarpaqlarını sabun kimi istifadə edin.
11. Zibil qabında və soyuducuda qoxu önləyici
Qurudulmuş yarpaqları zibil qabına səpin. Soyuducuda isə bir qabda bir neçə paket saxlayaraq qoxuları udmasını təmin edin.
12. Qazan və tavaları təmizləyir
Çayın tərkibindəki tanin turşusu yağı parçalamağa kömək edir. Çay paketini səthdə gəzdirmək təmizliyi asanlaşdırır.
13. Şüşə və güzgü təmizliyi
İsladılmış çay paketi ilə şüşəni silin, sonra kağız dəsmal ilə qurulayın. Həmçinin çay suyunu sprey qabına tökərək istifadə edə bilərsiniz.
14. Ət basdırması
Bir stəkan suya iki istifadə olunmuş çay paketi əlavə edin və ət ilə birlikdə bir torbada saxlayın. Bir gecə gözlətdikdən sonra bişirin.
15. Çəmənlikdə toxum əkini
Çay paketlərinin içinə toxum qoyun və torpağa əkin. Paket toxumları yerində saxlayacaq. Yalnız bioloji olaraq parçalanan, plastik olmayan çay paketləri istifadə edin.