Pandemiya bitməyib:“Dördüncü dalğa...” – Öldürücü “Delta plus”
Fidan Həmişəyeva
12:42 09.07.2021
Sağlamlıq
623
“Yaxın günlərdə “Delta” ştammı Fransada ən geniş yayılmış variant olacaq”.
Bu barədə Fransanın səhiyyə naziri Olivye Veran məlumat verib.O, “France Inter” radiostansiyasının efirində bildirib ki, bu ştamm əvvəlki variantlara nisbətən daha yoluxucudur. Ona görə də hökumət bütün fransızları vaksinləməyə laqeyd yanaşmamağa və sanitar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır. Dünyanın bir çox ölkəsində koronavirusun yeni varinatı yayılıb. Son zamanlar “Delta” ştammının ölkəmizdə də yayılıb-yayılmayacağına dair müəyyən suallar yaranır.
Həkim-infeksionist Vüqar Cavadzadə “Sherg.az”a açıqlamasında bildirib ki, “Delta” ştammı koronavirusun mutasiya nəticəsində əmələ gələn Hindistan ştammıdır:
“Hindistan ştammının mutasiyası nəticəsində formalaşan variantı “Delta” ştammıdır. “Delta” ştammının özü də mutasiyaya uğrayıb və “Delta plus” ştammı yaranıb. Hamısı mutasiyaya uğraya-uğraya gedir. Sözügedən ştamm daha çox yoluxucu xüsusiyyətə malikdir. Uşaqlar arasında da yoluxuculuq xüsusiyyəti yüksəkdir. “Delta” variantı daha çox insanı yoluxdurmaq xüsusiyyətinə malikdir. Bu virus Türkiyə də daxil olmaqla, qonşu ölkələrdə yayılıb. Rusiyada son günlər bu virus daha çox yayılmağa başlayıb. Rusiyada gündəlik yoluxmalar və ölüm sayı hədsiz artıb”.
Həkimin sözlərinə görə, “Delta” ştammının Azərbaycana gəlməsi ehtimalı var:
“”Delta” ştammının əlamətləri digərlərindən elə də fərqlənmir. Nə müalicəsində, nə də profilaktikasında bir fərq var. COVİD-19 üçün hansı profilaktik tədbirlər aparılırdısa, həmin tədbirlər sözügedən ştamm üçün davam etdirilməlidir”.
V.Cavadzadə xatırlatdı ki, biz hələ də pandemiya dövrünü yaşayırıq, pandemiya bitməyib:
“Epidemiya yenidən alovlana və dördüncü dalğa baş verə bilər. Necə Rusiyada alovlanıbsa, bizdə də eyni hal ola bilər. Hələ ki ölkəmizdə epidemik vəziyyət sabitdir, yoluxmaların sayı minimal həddədir. Epidemik cəhətdən təhlükəli heç nə yoxdur. Amma mövcud tədbirlərə riayət olunmasa, dördüncü dalğa da yarana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm