Pandemiya kasıbçılıq yaratdı
03:45 24.04.2021
Sağlamlıq
576
Əhali depozitlərdən "yeməyə" başlayıb
"Vətəndaşlarda nəinki əlavə yığım yaranmadı, hətta bu illər ərzində “qara gün” üçün topladığı vəsaitlərin də “əriməsinə” səbəb oldu"
"Dünya ölkələri postpandemiya dövrü üçün iqtisadi yüksəlik planları hazırlayırlar".
Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, əksər ölkələr öz inkişaf planlarında vacib bir amili – son 1 ildə əhalidə yığılmış sərbəst vəsaitləri nəzərə alıblar: "Sərhədlərin bağlı olması, səyahətlərin sıfıra yaxınlaşması, uzun zaman kafe-restoranların çalışmaması, qeyri-ərzaq mallarına marağın azalması əhalidə ciddi maddi vəsaitlərin toplanmasına səbəb olub. Britaniya, AB ölkələri, ABŞ, Kanada, Yaponiya və digər ölkələrdə əhaliyə ciddi maddi dəstəyin olması da vəsaitlərin yığılmasında ciddi rol oynayıb.
Məsələn, Britaniya Mərkəzi Bankının məlumatına görə Birləşmiş Krallıq əhalisi son bir ildə 208 milyard dollar vəsait toplayıb. Ölkənin MB rəhbəri deyir ki, bu vəsaitin xərclənməsi ölkə iqtisadiyyatına əlavə impuls verəcək. Bu isə iqtisadiyyatın toparlanmasına xidmət edəcək, ÜDM-in artım tempi yüksələcək.
AB ölkələrində, ABŞ və digər inkişaf etmiş ölkələrdə də eyni gözləntilər formalaşıb. Hətta şimal qonşumuz olan Rusiya MB-ı və hökuməti də eyni məsələyə diqqət çəkib.
Son məlumata görə Rusiya vətəndaşlarında 2,7 trilyon rubl yığılıb-qalıb. Rusiyalıların səyahət sevgisini nəzərə alaraq, bu vəsaitin əsas hissəsinin məhz səyahət məhdudiyyətlərinə görə toplandığı ehtimal olunur. Rusiya hökumətinin pandemiya ilə əlaqədar əhaliyə maddi dəstəyinin həcminin böyük olması da əlavə vəsait toplanmasına səbəb olub".
Ölkəmizə gəlincə iqtisadçı bildirib ki, Azərbaycanda karantin rejimi, sərt qapanmalar, iqtisadi məsələləri nəzərə almadan verilən qərarlar, əhaliyə cüzi maddi dəstək, yüzminlərlə insanımızın köməkdən, yardımlardan kənarda qalması, biznesin çökməsi – bütün bunlar əhalinin kasıblaşmasına səbəb oldu:
"Vətəndaşlarda nəinki əlavə yığım yaranmadı, hətta bu illər ərzində “qara gün” üçün topladığı vəsaitlərin də “əriməsinə” səbəb oldu. Məsələn, bu ilin aprel ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətləri cəmi depozitlərin 34,2 faizini təşkil etməklə 8 milyard 147,5 milyon manat olub. Bu illik müqayisədə 1,3 faiz, aylıq müqayisədə isə 232,4 milyon manat və ya 2,8 faiz azdır. Tək elə fevral ayına nisbətən mart ayında əhali 232 milyon 400 min manat depozitdən pul çəkib xərcləməyə məcbur qalıb. Sərhədlər bağlı, səyahət yox, ölkəyə bu ilin ilk 3 ayında keçən ilin 3 ayına nisbətən avtomobil idxalı da azalıb (pul maşın almağa da yönəlməyib), deməli əhali ərzağa, tibii ehtiyaclara, bir sözlə dolanışığa görə artıq daha sürətlə depozitlərdən “yeməyə” başlayıb. Yəni, dünya ölkələri əhalidə yığılıb-qalmış artıq pul kütləsi hesabına iqtisadi canlanma modelləri qurur. Bizdə isə əhalinin pulu nəinki artıb, tam tərsinə, əvvəl yığdıqlarını daha sürətlə gündəlik təlabata xərcləməyə başlayıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi