““Patı” ölkəmizə asan yolla gətirilir” – Ciddi nəzarət olmalıdır!
Fidan Həmişəyeva
12:02 16.07.2021
Sağlamlıq
526
Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb. Bu barədə ərazidə işləyən sakinlər məlumat verib.
Məlumata görə, yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.
“Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, “patı”nın təsirindən komaya düşüb”.
Son zamanlar ölkəmizdə narkomaniyanın gənclər arasında geniş yayıldığının şahidi oluruq. Xüsusilə “patı” adlanan narkotik vasitələrin kütləvi satışı həyata keçirilir. Bu baxımdan məsələnin ciddi nəzarətə götürülməsi vacibdir.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın “Sherg.az”a açıqlamasına görə, metamfetaminlər çox sintetik və asılılıq yaradan narkotik vasitələrdir:
“İnsanlar bu maddəni bir dəfə qəbul etdikdə belə asılı vəziyyətə düşürlər. Nəticədə “patı” istifadə edən şəxs daim həmin maddədən istifadə etmək istəyir. Ona görə də həmin maddəni kimlərin gətirdiyinə dair çox ciddi nəzarət olmalıdır. Məlumdur ki, “patı” ölkəmizə asan yolla daxil olur və satışı həyata keçirir. Nəticədə gənclərimizin sağlamlığı ciddi təhdidə məruz qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm