Peyvənddən əvvəl və sonra: nə olar, nə olmaz? - Əcnəbi həkimlər
Məlahət Rzayeva
13:11 13.04.2021
Sağlamlıq
1517
Hazırda əhalini yoluxmadan daha artıq peyvəndlənmə maraqlandırır. Bu lap tacir Əsgərin başına gələn “oxu!”, “oxuma!”ya bənzəyir. Hər halda iki od arasında qalanlarla yanaşı bir yolu seçib peyvənd vurduranlar da çoxdur.
Bəs peyvənddən əvvəl və sonra nələr olar, nələr olmaz? Xüsusən də insanlar “peyvənndən əvvəl qidalanmaq doğrudurmu” və “peyvənddən sonra necə qidalanaq, necə davranaq” sualarına cavab axtarır. Mütəxəssislər həm peyvənddən öncə, həm də sonra düzgün qidalanmanın və düzgün davranışların peyvənddin müsbət təsirinə kömək etdiyini bildirir.
İlk növbədə bunu söyləmliyik ki, xarici mənbələrdə iltihab əleyhinə qidaların və ya C vitamini kimi preparatların COVİD-19 peyvəndini daha effektli hala gətirəcəyinə dair araşdırmalar hələ ki, yetərli deyil. Lakin orqanizmi qidalandıran ərzaqlar və C vitamininin immunsistemi gücləndirdiyi bəllidir. Harvard Universitetinin professoru Vilyam Li “COVİD-19” peyvəndinin peyvəndə qədər necə qidalanırdısa, peyvənddən sonra da o cür davam edən insanlar üzərində test edildiyini və hansısa xüsusi hazırlıq olmadan da peydəndlərin müsbət təsir göstərdiyinin müəyyənləşdiyini bildirib.
Bu baxımdan, professor tövsiyə edir ki, peyvənd vurdurmağa hazırlaşanlar , guya peyvəndin təsirini artıracaq hər hansı qidaları və ya qida əlavələrini qəbul etməkdən çəkinsinlər. Professor “yalnız peyvənd səbəbiylə deyil, prinsip etibarilə Fast food kimi işlənmiş qidalar və atışdırmalıq olaraq tərcih etdiymiz paket məhsullarının istifadəsini dayandırın.
Onların tərkibindəki yağlar orqanizmdə iltihaba səbəb olur”, deyib. Professor məsləhət görür; fındıq, süzmə zeytun yağı, badam, balıq, məvə və tərəvəz kimi qidalar qəbul edin. Peyvənddən sonra yüngül və sizə rahatlıq gətirəcək qida istəsəniz, ən doğru seçim toyuq bulyonundan hazırlanmış, içinə nazik, tel vermişel və tərəvəzlər əlavə edilmiş şorbadır. Bu ən ideal qidadır.
Peyvənd vurdurmağa ac, yoxsa tox gedək?
Mütəxəssislər peyvənd vurdurmağa ac halda getmənin mənfi təsiri olacağını bildirir. İynə qorxusundan, həyəcandan mədə bulantısı yaşana bilər. Başı gicəlləməsi olar. Doktor Malinou “Mənim təklifim, qatıqla meyvə, yaxud yumurta ilə meyvə kimi ev şəraitində hazırlanan, mümkün olduğu qədər az qaynadılmış bir şeylər yeməkdir”, deyir. Peyvənddən sonra qol ağrıları, azacıq hərarət yüksəlməsi, ümumi əzginlik hiss edə bilərsiniz. Mütəxəssislər bu əlamətlərin immunsistemin çalışdığı, fəaliyyətdə olduğu anlamına gəldiyini bildirir. Əlamətlər sizə əziyət veririsə, həkimdən məsləhət almalı, onun ağrıkəsici istifadəsinə icazə veürib-vermədiyini öyrənməlisiniz.
Bəs su içmək lazımdırmı?
Mütəxəssislər “COVİD” peyvəndi vurdurmadan öncə və sonra bol miqdarda su içməyi məsləhət görür. Bu orqanizmə dəstək verəcək. Həmçinin, bədənin suya tələbatını ödəmək üçün meyvə-tərəvəz, ət bulyonu ki mi qidalar da qəbul edilə bilər. Ümumiyyətlə, təkcə peyvənd sırasında deyil, hər zaman yaşıl tərəvəzlərə üstünlük verilməlidir. Xüsusən də ispanaq kimi enli yarpaqlı tərəvəzlər. Həmçinin, yerkökü, brokoli A vitamini ilə zəngindir. Limon, quşburnu, yaşıl bibər, naringi (mandarin), portağal, böyürtkən, qara üzüm, turp, cəfəri C vitamini deposudur. Fındıq, fıstıq, püstə, ceviz, balıq da E vitamini qaynağıdır.
Spirtli içki qəti olmaz
Peyvənddən bir gen əvvəl və sonra spirtli içkidən uzaq durmaq məsləhətdir. Çünki spirtli işçi orqanizmi basqı altında saxlayır və bədəndə susuzluğu artırır. Spirtli içkilər ağ ciyərdə oksigen faizini azaldır, orqanizmin infeksiyalara qarşı müqavimətini zəiflədir.
Peyvənddən əvvəl yaxşıca yatın, yuxunuzu alın. Yuxusuzluq peyvəndin təsirini 70 faiz azaldır. Peyvənd olunduqdan sonra özünü yaxşı hiss edirsinizsə, qaçışa çıxa bilərsiniz.
Əgər yoröunluq hiss edirsinizsə, evdə qalın və dincəlin. Yağlı, şirin qidalardan uzaq durun. Bal, daha çox bişməmiş, çiy meyvə-tərəvəz yeməyə çalışın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat