Pis ağız qoxusunun səbəbi yalnız gigiyena deyil

Pis ağız qoxusu çox vaxt diş və ağız gigiyenasının yetərsizliyindən yaranır, lakin sinüzit (burun və sinusların iltihabı) reflü, diabet və böyrək problemləri kimi sağlamlıq problemləri də səbəb olur.

Dil səthi, diş araları və diş ətində toplanan bakteriyalar qida qalıqlarını parçalayaraq pis qoxuya yol açır.

Ağız gigiyenası düzgün aparılsa da, qoxu davam edirsə, diş əti xəstəlikləri və protezlərin təmizliyi yoxlanmalıdır.

Sinüzitdə burun axıntısı boğaza sızır, reflüdə isə mədə turşusu ağıza gəlir, bu da pis qoxuya səbəb olur.

Çözüm yolu da var. Dişləri gündə iki dəfə fırçalamaq, diş ipi istifadə etmək, dil təmizliyi və kifayət qədər su içmək. Sistemik xəstəlik varsa, müalicə vacibdir.

Qalereya