Poliklinikalarda basabas!- “Səyyar peyvəndləməyə başlanılmalıdır”
Fidan Həmişəyeva
12:14 27.08.2021
Sağlamlıq
587
Məlum olduğu kimi, Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanları əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Bu səbəbdən ərazi üzrə şəhər poliklinikalarının qarşısında kifayət qədər növbə yaranıb. Çoxlu sayda vətəndaşın bir yerə toplaşması koronavirusa yoluxma riskini artırır. Baş verənlər vətəndaşların da narahatlığına səbəb olub.
Sosial şəbəkə istifadəçilərindən biri yazır:
“Poliklinikanın yanından keçirəm. Giriş qapısı önündə millət, az qala, biri-birini tapdalayır vaksin vurdurmaq üstündə. 2-3 ay əvvəl özüm ora gedəndə içəridə 3-4 adam ola ya olmayaydı. Biz niyə beləyik? Həmişə öz tənbəlliyimizə görə bütün işləri axıra saxlayırıq. Kommunal xərcləri ödəyəndə də, maşını texniki baxışdan keçirəndə də və.s və.i. Dövlət milyonlar xərcləyib vətəndaşı üçün vaksin alıb ona pulsuz verir ki, ölümcül xəstəliyə mübtəla olmasın. Əslində vətəndaş da elə ilk gündən buna sevinməli, poliklinika qarşısında gecədən növbəyə durmalı idi ki, bu bəlaya tutulmasın, yaxınlarını-əzizlərini də yoluxdurmasın. Amma bu müddət ərzində bunu etmədi. İndi kafe-restoran, iri ticarət mərkəzlərinə girmək, toylara gedə bilmək naminə edir ki, polisə ilişməsin, cərimə olunmasın. İndi bir anlıq təsəvvür edin ki, bu vaksin baha qiymətə-pullu olaydı. Aman Allah, nələr baş verərdi? İmkanlılar od qiymətinə olsa da tapıb vurdurduğuna görə lovğalanar, kasıblar: "biz bəyəm adam deyilik? Bu qiymətə də vaksin olar? Bu necə hökumətdi?" deyib şüvən qoparardı. Doğrudan da- görəsən biz niyə beləyik hə?”.
Sözügedən paylaşıma cavab olaraq bəzi istifadəçilər qeyd ediblər ki, bu məsələnin tənzimlənməsi üçün Türkiyə təcrübəsindən istifadə etmək olar. Qardaş ölkədə məhəllələrdə fasiləsiz səyyar peyvəndləmədən istifadə olunur. Bəs, eyni təcrübənin ölkəmizdə tətbiqi mümkün ola bilərmi?
Sualımızı cavablandıran həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a söyləyib ki, poliklinikalarda çoxlu növbənin olması yoluxma sayının artmasına gətirib çıxara bilər:
“Ölkəmizdəki marketlərdə pervəndləmə prosesi həyata keçirilir. Səyyar peyvəndləmə prosesi üçün isə ayrı-ayrı məntəqələr yaradılmalıdır. Yəqin ki, bunun üçün də müəyyən hazırlıqlar gedir. Çünki Operartiv Qərargahın sonuncu qərarında bildirilib ki, peyvəndləmə prosesi sentyabrın 1-nə qədər bitməlidir. Ona görə də kütləvi olaraq kər həs peyvənd vurdurmaq istəyir. Halbuki insanların böyük əksəriyyəti peyvəndlərə inanmırdı. İndi isə hər kəs poliklinikaların qarşısına yığışaraq vaksin vurdurur. Belə olduqda isə müəyyən problemlər yaşanır. Məsələn, yoluxma sayı çoxalır, bəzən növbə üstündə mübahisələr yaşanır. Bu durumun qarşısını almaq üçün yəqin ki, tez zamanda səyyar peyvəndləmə prosesinə başlanılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm