Professor:"...Mütləq cüt maska taxın"
Banuçiçək Kalbalıyeva
08:44 24.04.2021
Sağlamlıq
719
Türkiyəli həkim, professor Osman Birol Özgümüş koronavirus əleyhinə vaksin barədə danışıb. Bu barədə “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir. Professor bildirib ki, Türkiyədə iki fərqli peyvənddən istifadə olunur. Həkimin sözlərinə görə, onların virusun yoluxuculuğunun qarşısını nə qədər aldığı bilinməsə də, xəstəliyin yüngül keçməsinə kömək olduğu və ölüm riskini azaltdığı məlumdur.
Özgümüş kütləvi immunitetin təbii yolla yaranmasının mümkün olmadığını deyib: “Bunu ancaq vaksinlə edə bilərik. Əhalinin 70-75, bəlkə də, 80 faizi peyvəndlənməlidir. Gələcəkdə daha təkmil vaksinlər istehsal edəcəyik. Ancaq hazırda əlimizdə olanlardan da güvənlə, rahatlıqla istifadə edə bilərik”.
O, həmçinin karantin qaydalarına əməl olunmasının vacibliyindən danışıb:
“Qapalı yerlərdə on dəqiqədən çox qalmayın, mütləq cüt maska taxın. Maskanın keyfiyyəti çox önəmlidir. Belə ki, satışda fərqli növ maskalar var. Xahiş edirəm, Ramazan ayını evdə keçirək, sıxlıqdan uzaq duraq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi