“Otaq yoldaşı sindromu” adlandırılan vəziyyət həyat yoldaşlarının zamanla emosional yaxınlığını itirməsinə və hətta boşanmaya gətirib çıxarır.
Sherg.az xəbər verir ki, psixoloq Alisa Dmitriyeva bildirib ki, bu sindrom birdən-birə yaranmır, tərəflərin uzun müddət bir-birinə laqeyd yanaşmasının nəticəsidir.
Psixoloq qeyd edib ki, təhlükəli əlamətlərdən biri həyat yoldaşlarının bir-birinin həyatı ilə maraqlanmaması, səmimi söhbətlərin azalması və münasibətlərin yalnız məişət məsələləri üzərində qurulmasıdır.
Onun fikrincə, belə hallarda ciddi münaqişələr olmasa da, münasibətlərdə istilik, yaxınlıq və qarşılıqlı dəstək hissi tədricən yox olur. Əgər tərəflər münasibətləri bərpa etmək istəmirlərsə və birgə həyat yalnız öhdəliklərdən ibarət qalırsa, boşanma qaçılmaz ola bilər.