Araşdırmalar göstərir ki, qadınların həyatında ən aşağı xoşbəxtlik nöqtəsi 48 yaş civarına təsadüf edir. Sherg.az mütəxəssislərə istinadən xəbər verir ki, bu yaşda qadınlar “iki nəsil arasında sıxışmış” yaş qrupu təzyiqi ilə həm uşaqlarının, həm də yaşlı valideynlərinin qayğısını daşıyır, həm də perimenopoz və hormon dalğalanmaları ilə üzləşirlər.
Ekspertlər tövsiyə edir: mükəmməl qadın obrazından əl çəkmək, sorumluluqları paylaşmaq, “xeyr” deməyi öyrənmək və sağlamlıq yoxlamalarını gecikdirməmək qadınların bu çətin dövrdən daha az ziyanla çıxmasına kömək edir. 50 yaşdan sonra isə xoşbəxtlik sürətlə yüksəlir,
"Yaşla artan emosional balans və xoşbəxtlik paradoksu" ilə həyat daha balanslı olur.