Qaraciyəri təmizləyir, ən xeyirli hissəsi onun toxumlarıdır
Yusif Nəzərli
05:21 13.04.2024
Sağlamlıq
811
Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər
Qanqal həm xalq, həm də ənənəvi tibbdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.
Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.
XX əsrdə Almaniyanın Münxen Əczaçılıq İnstitutunda qanqalın qara ciyərə pozitiv təsiri təsdiq olunub.
"Sherg.az" xəbər verir ki, bu barədəhəkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. O bildirib ki, qanqalda zəngin silimarin maddəsi var:
"Bu maddə qanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır. Öd və qaraciyərdən qaynaqlanan dəri ləkələri zamanı qanqal yeyilməsi məsləhət görülür. Vitamin və minerallarla zəngin olduğuna və yeni qan yaratdığına görə uşaqların da yeməsi xeyirlidir. Bundan başqa qanqal böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı böyük fayda verir.
Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, düzbağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur".
Həkimin sözlərinə görə, yazın əvvəlində yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən alaqanqalın şirəli özəyini isə böyükdən kiçiyə hamı xoşlayır: "Onu dibindən kəsib, bıçaqla tikanlarını təmizlədikdən sonra qabığını soyub yeyirlər. O qədər də dadlı olmasa da, çox faydalıdır.
Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.
Qanqal bitkisi tikanlı olsa da, insan orqanizminə faydası böyükdür. Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir. Tikanlı olduğu üçün əksər insanlar ondan uzaq dursalar da, qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir. Qanqal əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq qovrulur və istifadə edilir.
Təcrübədə sübut olunub ki, qanqal yemək temperaturu aşağı salır, bədəndə yaranan sinir ağrılarını azaldır. Yarpaqlarını qaynadıb, suyuna bal qatıb içmək isə malyariya xəstəliyində xeyirlidir. Qanqalın immun sistemi xəstəlikləri üçün də faydaları var.
Bitki damar tutulması səbəbilə yaranan xəstəliklərdə də təsirli vasitədir. Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər.
Qanqal dəmləməsi müxtəlif dəri xəstəlikləri zamanı istifadə edilir, cizvə və sızanaqlardan qurtulmaöa kömək edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət