Ramazan ayında sahur və iftar saatları ilə dəyişən gündəlik rutinlər, gecə yuxusunun bölünməsinə və gün boyu halsızlıq hissinə səbəb olur. Ancaq doğru planlama ilə həm ibadətləri, həm də enerji səviyyəsi yüksək saxlanıla bilər.
Sherg.az xəbər verir ki, ekspertlərin tövsiyələri belədir:
Gündüz 20–30 dəqiqəlik qısa yuxular enerji balansını qoruyur.
Doyumlu və balanslı iftar menyusu, kafein məhdudiyyəti və rahat, sakit yataq otağı yuxu keyfiyyətini artırır.
Sabit və planlı bir yuxu cədvəli vücudun yeni ritmə uyğunlaşmasını asanlaşdırır.
Beləliklə, Ramazan boyunca düzgün yuxu rejimi həm fiziki, həm də zehni sağlamlığı qorumağa, gün boyu dinç və enerjili qalmağa kömək edir.