Rusiyada aparılan yoxlamalar zamanı 20 iri fastfud şəbəkəsinin burgerləri araşdırılıb və onlardan beşinin məhsullarında bağırsaq çöpü bakteriyası aşkar edilib.
Sherg.az xəbər verir ki, bu barədə Roskaçestvo məlumat yayıb.
Bildirilib ki, burgerlər təhlükəsizlik, keyfiyyət və etiket məlumatlarının düzgünlüyü də daxil olmaqla 488 göstərici üzrə yoxlanılıb. Nəticədə BB & Burgers, The Бык, Burger Heroes, Ketch Up və Torro Grill şəbəkələrinin məhsullarında bağırsaq çöpü bakteriyaları aşkarlanıb.
Bundan əlavə, «Бюро» və Dostaевский şəbəkələrində mikrobioloji normaların pozulduğu, bəzi nümunələrdə isə tərkibdə göstərilməyən bitki komponentləri və toyuq DNT-si müəyyən edildiyi bildirilib.
Araşdırmaya əsasən, «Vkusno – i toçka», Burger King və Steak it easy şəbəkələrinin burgerləri isə yüksək keyfiyyət standartlarına uyğun hesab edilib. Aşkarlanan pozuntularla bağlı məlumatlar Rusiyanın istehlakçı hüquqlarına nəzarət qurumu Rospotrebnadzora təqdim olunub.