Seks üçün ən yaxşı vaxtın hansı olması uzun illərdir müzakirə mövzusudur. Mütəxəssislər bildirirlər ki, bu məsələdə universal qayda yoxdur və ən uyğun zaman insanın bioloji ritmi, yaşı və həyat tərzindən asılıdır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, aparılan sorğular kişilərin daha çox səhər saat 06:00-09:00 aralığında, qadınların isə gecə saat 23:00-02:00 arasında cinsi yaxınlığa meylli olduqlarını göstərir.
Mütəxəssislərin fikrincə, səhər saatlarında kişilərdə testosteron səviyyəsi daha yüksək olur ki, bu da cinsi istəyi artırır. Bundan əlavə, seks zamanı ifraz olunan endorfin və dopamin hormonları günə daha enerjili və müsbət əhval-ruhiyyə ilə başlamağa kömək edir.
Axşam saatlarının üstünlüyü isə insanların gündəlik işlərini başa vurduqdan sonra daha rahat və diqqətlərinin dağılmadığı şəraitdə bir-biriləri ilə vaxt keçirə bilmələridir. Həkimlər qeyd edirlər ki, seksdən sonra ifraz olunan oksitosin və prolaktin hormonları daha rahat yuxuya getməyə də kömək edir.
Mütəxəssislər günorta saatlarında cinsi yaxınlığın da stressi azaltmaq və əhval-ruhiyyəni yaxşılaşdırmaq baxımından faydalı ola biləcəyini bildirirlər.
Onların sözlərinə görə, seks üçün ən uyğun vaxt tərəflərin özlərini rahat və istəkli hiss etdikləri vaxtdır. Bu səbəbdən cütlüklərə qarşılıqlı anlaşma və açıq ünsiyyət yolu ilə hər iki tərəf üçün uyğun zaman seçmək tövsiyə olunur.