Sızanaqlar gənclərdə psixoloji yük yaradır
08:06 05.02.2021
Sağlamlıq
3182
Vaxtında dermatoloqa müraciət edilməlidir
"Xəstələr ümidsiz olmamalıdırlar, çünki sızanaq müalicə olunan xəstəlikdir"
Üzdə sızanaq və səpkilər yaranmasının müxtəlif səbəbləri var. Həmin problem əsasən maddələr mübadiləsinin pozulması, metobolizmin zəifləməsi, əsəb və sinir sisteminin narahatlığından qaynaqlansa da, dərinin ifrat yağlılığı da bu sahədə mühüm rol oynayır. Çünki yağ vəzlərinin ən çox toplandığı nahiyələrdən biri də məhz üzdür.
Mövzu ilə bağlı danışan dermatoloq Mehdi İskəndərli "Şərq"ə açıqlamasında bildirib ki, akne xəstəliyi olan adi sızanaq problemi əsasən yeniyetmələrdə və gənclərdə yaranır. Həkimin sözlərinə görə, vulqar akne xəstəliyi üz dərisinin xroniki iltihabi xəstəliyidir:
"Lakin akne xəstəliyi istənilən yaşda yarana bilər. Üz dərisindən əlavə skalp deyilən saçlı dəridə, kürəkdə, çiyinlərdə, yanlarda, sinədə də ortaya çıxa bilər. Müxtəlif klinik variantları vardır. Qara və ağ nöqtələr dediyimiz komedonal, papulo-pustulyar, nodular, kistik akne formaları vardır". Dermatoloq vurğulayıb ki, bəzi sızanaq xəstələrində səpkilər ani və sürətlə başlaya bilər: "Bu, qızdırma, oynaq ağrıları, halsızlıq da verə bilər. Ağırlığına görə zəif, orta və şiddətli dərəcəli sızanaq xəstəliyi mövcuddür.
Adi sızanaq diaqnozu qoyulmuş gənc xəstələr erkən müalicələrə başlamalıdırlar. Əks təqdirdə üzlərində düzəlməyən çapıqlar, çopurlar yarana bilər. Bu isə öz növbəsində xəstələrdə ciddi psixiatrik problemlər, psixoloji komplekslər yarada bilər. Ümumiyyətlə, akne xüsusən gənclərdə psixoloji yük yaradır. Ona görə də valideynlər övladlarında sızanaq problemi gördüyü zaman vaxtında dermatoloq-həkimə müraciət etməlidirlər".
M.İskəndərli əlavə edib ki, sızanaq xəstəliyinin yaranması androgen hormonlarının genetik fonda təsiri böyük rola sahibdir:
"Xüsusən qadınlarda hormonal pozuntular bu xəstəliyi ağırlaşdıra bilər. Belə olan halda kişi hormonu sayılan androgenlər hiperseborreya halının və ya dəri və saç yağlanmasının səbəbi olur.
Yağlanma isə dəridə propionabakteriyaların çoxalmasına səbəb olur. O isə öz növbəsində iltihabi reaksiyalara səbəb olaraq üzdə səpkilər törədir.
Akne xəstəliyi probleminin yaranmasında bağırsağın disbakteriozu, parazitar infeksiyaları, qurd invaziyaları, qaraciyər, böyrək patologiyaları rol oynamır. Bu istiqamətdə aparılan prosedurlar və müalicələr səmərəsiz və ziyanlıdır.
Akne xəstəliyinin müalicəsi yerli və daxilə qəbul edilən antibiotiklər, yerli steroid inyeksiyaları, dieta və s. ilə aparılır.
Sızanaq müalicəsi uzun müddətli və daimi xarakterdə ola bilər".
Sonda dermatologiya uzmanı söyləyib ki, akne diaqnozu qoyulan xəstələr ümidsiz olmamalıdırlar, çünki sızanaq müalicə olunan xəstəlikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region