Uşaqlarda həssaslıq çox yüksək olduğu üçün onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurmaq lazımdır
SOS! - Göy öskürək: Necə qorunmalıyıq?
06:19 14.11.2023
Sağlamlıq
1161
Göy öskürək geniş yayılır
Uşaqlarda həssaslıq çox yüksək olduğu üçün onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurmaq lazımdır
Uşaqlarda həssaslıq çox yüksək olduğu üçün onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurmaq lazımdır
Son zamanlar uşaqlar arasında göy öskürək geniş yayılıb. Həkimlərin dediyinə görə, xüsusilə peyvənd etdirməyən uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir.
Qeyd edək ki, göy öskürək (pertussis) Bordetella pertussis bakteriyasının törətdiyi kəskin infeksion xəstəlikdir. Xəstəlik pasiyentlə birbaşa təmas zamanı hava-damcı yolu ilə yayılır. Göy öskürək çox yoluxucudur. Bakteriya yoluxmuş şəxsin burnundan və ya ağzından kiçik maye damcıları vasitəsilə insandan insana ötürülür. İnsan asqırdıqda, öskürəndə və ya güləndə bunlar havaya keçə bilər. Digərləri daha sonra damcıları nəfəs alaraq və ya damcıları əllərində tutaraq ağız və ya burunlarına toxunmaqla yoluxa bilər.
Pediatr Tərlan Əyyubov isə sosial media hesabı vasitəsilə peyvəndə qarşı olan valideynlərə müraciət edib: “Əziz valideynlər, hazırda göy öskürəkdən əziyyət çəkən uşaqları görəndə həm həkim, həm də bir valideyn kimi insanın ürəyi ağrıyır. Təsəvvür edin, uşaq öskürür, gecə yata bilmir, bir çox hallarda qusur, öskürəkdən gözündə damar partlaya bilər, gözünə qan sızar, üzdə dəridə qansızmalar yarana bilər, yata bilmədiyi üçün uşaqda halsızlıq, aqressivlik yaranır. Uşağın, eyni zamanda valideyn olaraq sizin keçirdiyiniz psixoloji stress dəyərmi bunlara!? Göy öskürəkdə öskürək 3 aydan 6 ayadək davam edə bilər. Təsəvvür edin bunu... 4-5 gün öskürəndə dözmür insan, qaldı ki 3 ay. Problem də ondadır ki, bütün dünya üzrə öskürəyin yaranma səbəbi və mexanizminə bu gün təsir edib onu yaxşılaşdıra bilmirik. Öskürək əleyhinə, bəlğəmgətiricilər, iltihab əleyhinə, bir çoxlarınızın sevdiyi allergiya əleyhinə preparatlar, "soyuqdəymə" əleyhinə preparatlar təsir etmirlər. Göz görə-görə uşaqlar əziyyət çəkir. Profilaktik peyvəndləri vaxtında etdirin, bu cür problemlərdən uzaq olun!”.
Pediatr Emiliya Əfəndiyeva da göy öskürək geniş yayıldığı üçün valideynlərin bu mövzuda məlumatlı olmasını vacib hesab etdiyini deyib. Onun sözlərinə görə, göy öskürək əvvəlcə yüngül yuxarı tənəffüs yolları (burun axıntısı, öskürək) əlamətləri ilə başlayır və daha sonra təkrarlayan öskürək krizləri, həmçinin öskürək sonrası qusma ilə xarakterizə olunur: “Göy öskürək kəskin və yoluxucu bir infeksion xəstəlikdir. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək daha təhlükəlidir. Uşaqlarda göy öskürəyə qarşı həssaslıq çox yüksək olduğu üçün onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurmaq lazımdır.
Peyvənd olunmuş uşaq göy öskürəyə tutulsa da, onu daha yüngül keçirir. Südəmər uşaqlarda göy öskürək zamanı baş verən öskürək tutmaları tənəffüsün dayanmasına gətirib çıxara bilər. Göy öskürəyə tutulmuş hətta böyük uşaqları belə, nəzarətsiz qoymaq olmaz. Peyvəndlənməmiş uşaqlarda göy öskürək nəfəs darlığı, ürək ritmində azalma, pnevmoniya, gözlənilməyən ölüm kimi hallarla qarşılaşmaq olur. Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır.
Göy öskürək müəyyən edilmiş xəstələr antibakterial müalicə başlanıbsa 5 gün, müalicə almamış uşaqlar isə 21 gün məktəbdən uzaqlaşdırılmalıdır.
Körpələrin 2,4,6,18-ci aylarındakı və məktəbdən öncə 1 doz peyvəndlənməsi ilə xəstəliyin qarşısının alınması mümkündür. Yaxşı olar ki, peyvəndlənməyə ciddi yanaşılsın və zamanında qəbul edilsin. Təkcə uşaqların yox, böyüklərin, xüsusən də, hamilələrin də göy öskürəyə qarşı peyvəndlənməsi olduqca vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
14:57 18.08.2026
Sosial
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir
14:25 18.08.2026
Sosial