SOS! Maska tələbi geri qayıdır? - "Yoluxma arta bilər"
Yusif Nəzərli
10:38 24.08.2022
Sağlamlıq
890
Hazırda koronavirusa yoluxanların sayının artması bütün dünya ölkələri üçün aktual məsələyə çevrilib. Ölkəmizdə də bu virusa yoluxanların sayında yenidən canlanma müşahidə olunur. Ötən gün Azərbaycanda koronavirusdan 8 nəfər həyatını itirib. Aktiv xəstə sayı isə 4 minə yaxınlaşıb. Belə olan halda ölkədə qapanmaların olub-olmayacağı müzakirə mövzusudur. Şimal qonşumuz artıq buna uyğun addımlar atmağa başlayıb. Belə ki, Rusiyada iri mağazalar şəbəkəsi olan “Maqnit” əməkdaşları üçün maska rejimini tətbiq edib. Qeyd edək ki, son həftələrdə Rusiyada koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. Ötən həftə ərzində yoluxma sayı əvvəlki həftə ilə müqayisədə 38 faiz artıb.
Yoluxmalarda artan tendensiya barədə “Sherg.az"a danışan infeksionist Mərdan Əliyev bildirib ki, ölkədə artıq fərdi şəkildə maskaların istifadə olunması tövsiyə olunur: “Bu baradə risk qrupuna daxil olanlara xüsusi məsləhət verilir. Lakin görünür, fərdi şəkildə buna əməl edən şəxslərin sayı azdır. Çünki böyük ticarət mərkəzlərində, xəstəxanalarda, ictimai nəqliyyatda maskadan istifadə edənlər bir o qədər də gözə çarpmır. Belə vəziyyətdə maskalardan istifadənin vacibliyini vurğulayırıq. Özünü narahat hiss edənlər, yüngül zökəm əlamətləri yaşayanlar və xəstələr maska taxmalıdır. Digər sağlam şəxslər isə xəstəliyə yoluxmamaq üçün qapalı və əhalinin sıx olduğu yerlərdə buna əməl etməlidir”.
İnfeksionist hesab edir ki, maska tələbi olsa da, qapanmalara gedilməyəcək: “Yaxın müddətdə maska tövsiyəsinin məcburiyyətə çevriləcəyi gözlənilir. Yəni əgər yoluxmalar artmağa davam edərsə, maska taxmaq tələbi gerçəkləşəcək. Yoluxanların sayının artması isə mümkündür. Çünki payız fəslinə doğru gedirik və bu mövsümdə koronavirusun geniş yayılması baş verə biləcək haldır.
Məhdudiyyətlərin tətbiq olunacağı, karantin qaydalarının sərtləşdiriləcəyi isə gözlənilən deyil. Cəmiyyətimizdə koronavirusa qarşı kollektiv immunitet formalaşıb. Eyni zamanda peyvəndləmə prosesi baş tutub. Karantin qaydalarının sərtləşdirilməsi ölkə üçün də arzuolunan deyil. Düşünürəm ki, yalnız maskaların taxılması və peyvənd sertifikatlarının tələbi gündəmə gələ bilər. Bəzi idarələrdə lokal məhdudiyyətlər qoyula bilər. Amma öncəki dövrlərdəki kimi sərt karantin qaydaları gözlənilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya