"Anadolu" Agentliyinin xəbərinə görə, klinik psixoloq Dr. Süreyya Kitapçıoğlu qısa video platformalarının qumar mexanizmi kimi işlədiyini və bu səbəbdən diqqət və özünüidarəetməyə mənfi təsir etdiyini bildirib.
Sherg.az xəbər verir ki, Çində aparılan bir araşdırmaya əsasən, qısa video asılılığı yüksək olan insanlarda beynin “icraedici nəzarət” funksiyası ilə bağlı prefrontal bölgədə aktivliyin azaldığı qeyd edilib. Bu isə diqqətin zəifləməsinə və impuls nəzarətində çətinliyə səbəb ola bilər.
Mütəxəssis bildirib ki, sosial media platformaları “mükafat dövrü” prinsipi ilə işləyir və istifadəçilərdə zaman hissini itirmə, uzun müddət ekran qarşısında qalma və asılılıq davranışı yarada bilir.
Psixoloq həmçinin qeyd edib ki, bu vərdiş uşaqlarda və gənclərdə diqqət dağınıqlığını artırır, gündəlik və uzunmüddətli tapşırıqlara qarşı marağı azaldır.
Kitapçıoğluya görə, problem təkcə ekran vaxtının uzunluğu deyil, həm də onun necə və hansı məqsədlə istifadə edilməsidir.