Toyuq yeyən kişi qadınlaşırmı? Yayılan iddialara cavab gəldi
Yusif Nəzərli
17:36 20.04.2025
Sağlamlıq
572
Sosial şəbəkələrdə yayılan “toyuq əti kişiləri qadınlaşdırır” iddiasına mütəxəssislərdən cavab gəlib. Bu iddianın elmi əsası olmadığını vurğulayan mütəxəssislər bildiriblər ki, toyuq ətində hormon istifadəsi həm qadağandır, həm də texniki baxımdan mümkün deyil.
Qida mühəndisi: Hormon və antibiotik istifadəsi qadağandır
Sherg.az xəbər verir ki, qida mühəndisi Ebru Akdağ sosial şəbəkələrdə tez-tez paylaşılan “toyuqda hormon” fikirlərinin texniki, iqtisadi və elmi baxımdan əsassız olduğunu bildirib. O deyib: “Kənd Təsərrüfatı və Meşə Nazirliyinin məlumatına əsasən, Türkiyədə yetişdirilən quşlarda hormon istifadəsinə bu günə qədər rast gəlinməyib və bu barədə heç bir rəsmi orqanın təsdiq etdiyi hal yoxdur.”
Akdağ həmçinin bildirib ki, dünyanın bir çox ölkəsində qanunvericilik toyuq ətinin istehsalında böyümə hormonlarının istifadəsini qadağan edir. “Toyuqların böyüməsi üçün nə dünyada, nə də ölkəmizdə istifadə olunan bir hormon və ya tətbiq yoxdur. Türkiyədə də bu baxımdan hormon və antibiotik istifadəsi qəti şəkildə qadağandır,” – deyə o əlavə edib.
“Toyuqda hormon” bir şəhər əfsanəsidir?
Akdağ qeyd edib ki, bu məsələ təkcə qanunla deyil, həm də texniki və maliyyə baxımından qeyri-real olduğuna görə mümkün deyil: “Böyümə hormonlarının yemlərlə verilməsi heç bir effekt vermir, çünki mədəyə çatanda parçalanır və təsirsiz hala gəlir. Əgər effekt əldə olunmaq istənilsə, hormon hər gün və bir neçə dəfə toyuqlara inyeksiya edilməlidir – bu isə minlərlə toyuğun olduğu təsərrüfatlarda qeyri-mümkündür.”
“Böyümə hormonu implantlarının toyuqlarda təsiri yoxdur”
Akdağ əlavə edib ki, böyümə hormon implantları (məsələn, mal-qara və qoyunlarda istifadə olunur) toyuqlarda heç bir effekt göstərmir, çünki toyuqlar bazara çıxmazdan əvvəl (təqribən 6–9 həftəlik yaşda) cinsi yetkinliyə çatmırlar. Həmçinin araşdırmalar göstərib ki, androgen tərkibli steroid hormonlar toyuqlarda böyüməyə əks təsir göstərir.
“Toyuq əti kişilərdə və qadınlarda hormon səviyyəsini dəyişmir”
Ürologiya üzrə mütəxəssis Prof. Dr. Cüneyt Adayener bildirib ki, toyuq ətində estrogen hormonu yoxdur və buna görə də nə kişilərdə, nə də qadınlarda hormon balansına təsir edə bilər. O qeyd edib: “Hətta yüksək dozda estrogen istifadə olunsa belə, bu vəziyyət insanlarda hormonal dəyişiklik yaratmaz. Amma yenə də etibarlı və nəzarət olunan markalardan alış-veriş etmək məsləhətdir.”
Əsas risk hormonlar deyil, antibiotiklərdir
Endokrinoloq və metabolik xəstəliklər üzrə mütəxəssis Dr. Esat Erdem Türemen isə bildirib ki, əsas diqqət hormondan çox antibiotik istifadəsinə yönəlməlidir. Çünki nəzarətsiz istehlak nəticəsində yaranan antibiotik müqaviməti daha güclü mikrobların formalaşmasına səbəb olur. Heyvanların kəsilmədən əvvəl müəyyən müddət antibiotiksiz saxlanması vacibdir. Əks halda antibiotik qalıqları insanlarda hormonal pozğunluqdan çox allergiya və mikrobiom pozuntusu kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm