Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu “İdeal çəkini öyrən, sağlam yaşa” kampaniyası çərçivəsində 10 milyon nəfərin çəkisinin ölçüldüyünü açıqlayıb.
Sherg.az-ın məlumatına görə, nazir bildirib ki, kampaniya nəticəsində 211 min nəfər ideal çəkisinə çatıb, ümumilikdə isə 513 min vətəndaş arıqlayıb. Onun sözlərinə görə, sağlam həyat mərkəzlərində aparılan nəzarət və düzgün qidalanma vərdişləri bu nəticələrin əldə olunmasına kömək edir.
Memişoğlu vurğulayıb ki, əsas məqsəd insanların sağlam qalması və artıq çəkidən azad olmasıdır.