Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, orqan bağışlamaqla bağlı 143 887 nəfər rəqəmsal vəsiyyətnamə yaradıb, ümumilikdə 2 510 018 orqan və toxuma bağışlanıb.
Nazir Kemal Memişoğlu yazılı açıqlamasında orqan bağışı prosesini e-Devlet və e-Nabız platformaları üzərindən rəqəmsallaşdıraraq vətəndaşlar üçün daha asan və əlçatan etdiklərini xatırladıb.
Memişoğlu bildirib:
“Bu gündən etibarən 143 887 vətəndaşımız rəqəmsal vəsiyyətnaməsini yaradaraq bu xeyirxah təşəbbüsə qoşulub. 2 510 018 orqan və toxuma çoxsaylı insanların həyatına ümid olmaq üçün bağışlanıb.”