Türkiyədə bir ilk: Dayanıqlılığın beyindəki izləri araşdırılacaq

Türkiyədə ilk dəfə həyata keçirilən “Fərdi və Kollektiv Dayanıqlılığın Neyrofizioloji Göstəriciləri” layihəsi çərçivəsində insanların travma sonrası psixoloji dayanıqlılığı araşdırılacaq və beynin elektrik xəritəsi çıxarılacaq.

Sherg.az xəbər verir ki, layihədə psixoloqlar, sosioloqlar və kompüter mühəndisləri birgə çalışırlar. Tədqiqat zamanı EEG və göz izləmə texnologiyalarından istifadə edilərək insanların stressə qarşı reaksiyaları analiz olunur. Alimlər əldə olunan nəticələr əsasında psixoloji və ictimai dayanıqlılığı artıracaq, süni intellekt dəstəkli proqramların hazırlanmasını hədəfləyirlər.