Uzunömürlülük kefiri hazırlanır

Belarusda alimlər uzunömürlü insanların mikrobiomunda aşkar edilmiş xüsusi bakteriya əsasında yeni kefir məhsulu üzərində çalışırlar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu bakteriya bağırsaq divarlarının yenilənməsinə kömək edir və iltihabı azaldır.

Hazırda məhsulun hazırlanması son mərhələdədir və yaxın vaxtlarda mağazalarda satışa çıxarılması gözlənilir. Tədqiqatçılar hesab edirlər ki, bu cür kefir müxtəlif xəstəliklərin riskini azalda və insan ömrünün uzanmasına müsbət təsir göstərə bilər.