Xəbər axını sinir sistemini daim gərgin vəziyyətdə saxlayır - Həkim

Qadcetlərdən tez-tez istifadə sinir sisteminin daim gərgin qalmasına səbəb olur. Bu barədə həkim-profilaktoloq Aleksandra Makarova bildirib.

Sherg.az xəbər verir ki, həkimin sözlərinə görə, fasiləsiz məlumat axını, bildirişlər, xəbərlər və mesajlar insanın rahatlamasına imkan vermir. Eyni zamanda, ekran qarşısında uzun müddət qalmaq göz əzələlərinin gərginləşməsinə, görmənin zəifləməsinə və baş ağrılarına səbəb ola bilər.

Makarova qeyd edib ki, istirahət vaxtının da telefon və ya planşetlə keçirilməsi orqanizmin bərpa olunmasına mane olur, nəticədə yorğunluq toplanaraq xroniki hala keçir.

Mütəxəssis həmçinin vurğulayıb ki, smartfon ekranlarından yayılan mavi işıq yuxunun keyfiyyətini aşağı salaraq yuxu pozuntularına yol açır.