Xərçəngə qarşı inqilab: Dünyada cəmi 7 mərkəzdə olan müalicə artıq Türkiyədə!

Yüz minlərlə dollar dəyərində olan bu müalicə artıq daha əlçatan olacaq

Akdeniz Universitetində xərçəng müalicəsində istifadə olunan CAR-T hüceyrə terapiyası üçün yeni mərkəz yaradılıb. Dünyada yalnız 7 mərkəzdə tətbiq edilən bu üsulun 8-cisi artıq fəaliyyətə başlayıb.

Sherg.az xəbər verir ki, yeni metodla xəstənin öz immun hüceyrələri gücləndirilərək yenidən orqanizmə yeridilir və xərçənglə mübarizə artırılır.

Özlenen Özkan bildirib ki, yüz minlərlə dollar dəyərində olan bu müalicə artıq daha əlçatan olacaq. İlk xəstələrin müalicəsinə 15 apreldən başlanacaq.