Türkiyənin Bitlis bölgəsinin Tatvan rayonunda yaşayan 20 yaşlı universitet tələbəsi Şevin Balakan 15 yaşında sümük xərçənginə tutulub.
Sherg.az xəbər verir ki, uzun illər davam edən müalicədən sonra xəstəliyi məğlub etsə də, universitetdə oxuyarkən xəstəlik yenidən qayıdıb və o, sol ayağını itirib.
Bütün çətinliklərə baxmayaraq təhsilini davam etdirməyə çalışan Balakanın ən böyük arzusu protez ayaqla yenidən yeriməkdir. O bildirib ki, normal həyata qayıtmaq, təhsilini davam etdirmək və arzularını gerçəkləşdirmək üçün insanların dəstəyinə ehtiyacı var.